Prezident mükafatçısı Elmar Əsgərzadə: Bakı Ali Neft Məktəbi ölkədə innovasiya sahəsində ən qabaqcıl ali təhsil müəssisələrindən biridir (FOTO)

Prezident mükafatçısı Elmar Əsgərzadə: Bakı Ali Neft Məktəbi ölkədə innovasiya sahəsində ən qabaqcıl ali təhsil müəssisələrindən biridir (FOTO)

Bakı. Trend:

Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasının məzunu, Ali Məktəbin əməkdaşı Elmar Əsgərzadə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Gənclər üçün Prezident mükafatına layiq görülüb. O, innovasiya və sahibkarlıq kateqoriyasında qalib olub. E.Əsgərzadə Bakı Ali Neft Məktəbinin “ThermoNorth” startapının həmtəsisçilərindəndir.

«ThermoNorth» elmi tədqiqat işindən startap layihəsinə 2018-ci ildə “Social Innovation Lab” Biznes İnkubasiya Mərkəzində çevrilməyə başlayıb, layihə “Cilmate Launchpad 2018”-in qalibi olub. Startap layihəsi 2018-ci ildə Şotlandiyada 60 ölkənin 120 komandasının qatıldığı beynəlxalq müsabiqənin finalistlərindən olub. Həmçinin layihə 2018-ci ildə İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı Nümayəndəliyi ilə birgə həyata keçirdiyi “II Respublika İnnovasiya Müsabiqəsi”ndə I yeri qazanıb. Komanda BMT-nin xətti ilə “İstanbul İnnovasiya Günləri 2018”-də iştirak edib, həmin ildə İqtisadiyyat Nazirliyi “İlin gənc sənaye startapı” adı ilə komanda üzvlərini təltif edib. 2019-cu ildə “Azərkosmos” ASC və “Social Innovation Lab (Sil.)” İnkubasiya Mərkəzi tərəfindən həyata keçirilən “NewSpace” Biznes Akselerator Proqramı üzrə keçirilən müsabiqədə II yeri qazanıblar. Layihə 2019-cu ildə ABŞ-ın Cənubi Qafqaz ölkələrinin texnologiya və elm sahəsində fəaliyyət göstərən sahibkarlarına dəstək məqsədi ilə həyata keçirdiyi “GIST” (“Global Innovation through Science and Technology”) biznes inkubasiya proqramında II yerin qalibi olub.

Elmar Əsgərzadə ilə müsahibəni təqdim edirik:

- Gənclər üçün Prezident mükafatına layiq görülmüş ölkənin 10 gəncindən biri kimi, ilkin təəssüratlarınız necə oldu?

- Komanda yoldaşım Hüseyn Əliyev Qazaxıstandan Bakıya gəlmişdi, görüşüb elə “ThermoNorth” layihəmiz haqqında müzakirə edirdik ki, növbəti mərhələyə necə keçə bilərik. Söhbət əsnasında qrup yoldaşım Muraddan WhatsApp-a mesaj gəldi ki, bəs adın prezident.az saytında Prezident mükafatı alanların siyahısındadır. Açığı, inanmadım adım siyahıda olar, adımı görəndə keçirdiyim hissləri o an sözlə ifadə edə bilmədim. Çox sevindim, qoy bu sevincdən digər gənclərə də pay düşsün. Fürsətdən istifadə edib, ölkə başçımıza, cənab İlham Əliyevə biz gənclərə göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlığımı bildirirəm.

- Bakı Ali Neft Məktəbindən niyə məhz sizə bu mükafat verildi?

- Öncə onu deyim ki, Prezident mükafatı almış 10 gəncin hər biri bu mükafatı müəyyən kateqoriya üzrə qazanıb. Özüm də daxil olmaqla, 2 gəncin adı innovasiya və sahibkarlıq kateqoriyasında qalib elan olunub. İnnovasiya sahəsi Azərbaycanda hələ ki yeni sahə sayılır. Bu sahədə də son 2 ildir ki, dirçəliş hiss olunur, digər gənclər kimi mən də komandamızla birgə tələbəlik illərindən “ThermoNorth” startapı üzərində çalışmağa başladıq. Əksər startap layihələri qalib olsa da, onların çoxu biznesə çevrilə bilmir. İstəmədim ki, startapımız nəzəri olaraq kağız üzərində qalsın. Çalışdım ki, komanda ilə birgə layihənin biznes həllini də tapaq. 2 il ərzində bu layihə yerli və beynəxalq müsabiqələrdə yer tutub. Həm də Bakıda bir neçə dövlət qurumu da startapımızı və uğurlarımızı izləyirdi, istər İqtisadiyyat Nazirliyi, istərsə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları ilə müntəzəm əlaqədə idik, onlar da görürdü ki, bizim komanda bir yerdə dayanmır, davamlı formada öz üzərimizdə çalışırıq. Gənclər üçün Prezident mükafatına namizədliyim də İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə irəli sürülüb. Bundan başqa, ən vacib məsələ, təhsil aldığım Bakı Ali Neft Məktəbi ölkədə innovasiya sahəsində ən qabaqcıl ali təhsil müəssisəsidir. BANM gənclərin inkişafı üçün şərait yaradıb, ideyamızı inkişaf etdirmək üçün rektor və akademik heyət davamlı formada motivasiya edir. Mükafat əsasən 99% “ThermoNorth” startapına görə verilib. Sadəcə startapın komanda lideri kimi mənim adımı siyahıya salsalar da, bu, əslində bütün komandaya olan mükafatdır, bunu tək öz adıma çıxmaq doğru olmazdı.

- “ThermoNorth” startap ideyası necə yaranıb?

- “ThermoNorth” startap ideyası əsasən BANM-in dosenti Əmir Reza Vəxşurinin vaxtilə müdafiə etdiyi dissertasiya işindən yaranıb. O, tez-tez gənc alimlərin iştirak etdiyi elmi konfranslarda iştirak edirdi, orda da bu ideya dəfələrlə müzakirə olunurdu. Tələbə olanda elmi tədqiqat işinə çox həvəsim vardı, Əmir bəy kimi gənc professorla birgə işləyərək vərdişlərimi daha peşəkar səviyyəyə çatdırdım. Daha sonra startap layihəsinin formalaşması və inkişafında komanda yoldaşlarım Hüseyn Əliyev, Murad Rəhimov, Aleksandr Oborovskiy, Yadigar Nəzərov və komandanın lideri kimi mən iştirak etmişik. Startap layihəmizlə bir çox yerli və beynəlxalq müsabiqələrdə də iştirak eləmişik, layihəmiz ABŞ-da biznes inkubasiya proqramına belə qəbul olunub. Amerikada olanda öyrəndik ki, bir layihə biznes sahəsində uğur qazanana qədər xeyli əziyyətli yollardan keçir, beynəlxalq səviyyəli ekspertlərin təcrübələrini dinlədik, bütün bu mərhələlərdən keçdik. Tələbə olmağımın üstünlüyü o idi ki, diqqətimi tam vermişdim bu startapa, əlavə işdə çalışsaydım, layihə sadəcə elmi tədqiqat kimi qalacaqdı, sırf buna görə iş təkliflərindən də imtina etdim ki, startapı inkişaf etdirməyə nail olum. Komandamıza Amerikadan Gary Wood (Qəri Vud) və Sergey Gurevich (Sergey Qureviç), Gürcüstandan Colin Donohue (Kolin Donohu) məsləhətçi kimi dəstək verib, məhsulun hazırlanması üzrə isə Behruz Mohammadinin əməyi olub.

- Startap layihəsinin əsas məqsədi nədir?

- Layihənin əsas məqsədi elmi araşdırma ilə əldə olunmuş yeni enerji depolayıcı maddənin köməyilə maşın mühərrikini uzun müddət optimal temperaturda saxlamaqdan ibarətdir. Hər bir maddə mikro ölçüdədir və bu enerji depolayıcı maddələr mikro ölçüdə kapsullaşdırılıb. Bu hissəciklər kiçik “enerji akkumulyatoru” rolunu oynayır.

- Layihənin insanlar üçün hansı praktiki əhəmiyyəti var?

- Mühərriki optimal temperaturda saxlamaq hazırda soyuq iqlim şəraiti olan ölkələrdə mühərriklə bağlı mövcud olan bir-sıra problemləri həll edir: məsələn, artıq yanacaq sərfiyyatı, mühərrik detallarının sıradan çıxması və enerji batareyasının ömrünün azalması və s. İnsanların gündəlik həyatında bu, çox vacibdir, həmçinin şirkətlər üçün də ehtiyac duyulan məqamlardır, onlar maraqlıdır ki, bu cür problemlərin qarşısı alınsın.

- Layihənin perspektivləri haqqında nə deyə bilərsiniz?

- Bizim layihə həm ekoloji təmizliyə töhvə verəcək, karbon qazının sərfiyyatını azaldacaq, həm də soyuq hava şəraitində yaşayan insanlara avtomobil sürərkən yardımçı olacaq, enerji və pula qənaət etmələrinə dəstək olacaq. Amerikada səfərdə olarkən, “ThermoNorth” startap layihəsinin patentini aldıq, “ThermoNorth Inc” şirkətini yaratdıq. Məhsulumuz artıq hazırdır və test üçün Fransaya göndərilib. Yaxın perspektivdə satış planlanır.

- İdeyası olub, ancaq onu həyata keçirə bilməyən gənclərlə nəyi bölüşərdiniz? Sizin uğur düsturunuz necədir?

- Əsas məsələ odur ki, gənclərin öncə müşahidə qabiliyyətləri iti olsun, problemi yaxşıca müşahidə eləsinlər. Daha sonra o problemin yaradıcı formada həlli haqqında düşünsünlər, biliklərini və enerjilərini bu istiqamətdə sərf eləsinlər. İdeyanı yaxşı işlənmiş formata salsınlar, digər vacib məsələ, özlərinə yüksək motivasiyalı komanda yoldaşları tapsınlar. Komandasız iş görmək çox çətindir, qarşınıza maneələr çıxanda mütləq bunu birgə aşmaq və müzakirə eləmək lazım olacaq, bir də komandada hər kəsdə eyni potensial olmur, çalışmaq lazımdır həvəs və bacarıq kimdə yaxşıdırsa, buna fokuslansınlar. Ən vacib məqam isə ideya sadəcə kağız üzərində qalmamalıdır, insanlar onun praktiki əhəmiyyətini öz həyatlarında hiss etməlidir, çalışmaq lazımdır ki, ideya biznesə çevrilsin və insanlara faydalı olmağı bacarsınlar. Çox çalışmaq, xeyli mərhələlərdən keçmək lazımdır. Gənc dostlarım çətinliklərdən, neqativ reaksiyalardan, tənqidlərdən, rəqiblərlə rəqabət aparmaqdan isə qətiyyən qorxmasınlar, əksinə, bütün bunlar gənclərə öz perspektivlərini, bacarıqlarını praktiki formada daha yaxşı qiymətləndirmək imkanı verəcək. Həvəsdən düşməsinlər, axıra qədər komanda ilə birgə getsinlər.

- Gələcək üçün hansı yeni ideyalar və layihələr var?

- Artıq “Climasel” adlı ikinci layihəmiz var. “Climasel” (asma tavan üçün enerjiyə qənaət edən panellər) startap layihəsi panelləri innovativ yolla kondisionerlərə sərf olunan enerjiyə, həmçinin pula 25% qənaət etmiş olur. Startap ideyası əsasən Mərkəzi Asiya ölkələri üçün nəzərdə tutulub, layihənin icra olunması üçün kəskin temperatur fərqi olmalıdır. Amma hələlik əsas diqqətim “ThermoNorth” startap layihəsinin üzərindədir ki, bunu komandamızla tam beynəlxalq səviyyəli biznes layihəsi edib ondan pul qazanmaq istəyirik. Bunu həyata keçirəndən sonra həmin layihədən qazanılan pulu “Climasel” və ağlımda ideya kimi olan 2 layihəyə yatırım etmək kimi planlarım var.

Azərbaycan biznesinə dəstək tədbirləri orta müddətli dövrü əhatə edəcək
Azərbaycan biznesinə dəstək tədbirləri orta müddətli dövrü əhatə edəcək
Azərbaycanda yeni toxum sortlarının yaradılması planlaşdırılır
Azərbaycanda yeni toxum sortlarının yaradılması planlaşdırılır
Azərbaycanda sənaye məhsulu istehsalı artıb
Azərbaycanda sənaye məhsulu istehsalı artıb
Loading Bars
Xəbər lenti
Dövlət İmtahan Mərkəzinin “Youtube” kanalına "vizuallaşdırılmış dərs"lərin yerləşdirilməsi davam edir
Elşad Hacıyev: Hər bir vətəndaş həmrəylik nümayiş etdirməlidir
Türkiyədə zəlzələ baş verib
Hindistanda koronavirusa yoluxanların sayı 970-i keçib
Yeni Zelandiyada koronavirusdan ilk ölüm qeydə alınıb
Atəşkəs iriçaplı pulemyotlarla 23 dəfə pozuldu
Bakıda avtobus gözləmə yerlərində oturacaqlardan istifadəyə qadağa qoydu (FOTO)
İlyas Hüseynov: Milli həmrəylik və birlik Azərbaycanı bütün dünyanı bürüyən koronavirus sınağından da uğurla çıxmasının başlıca şərtidir
Martın 29-da xarici valyutaların manata qarşı məzənnələri
Azay Quliyev: "Biz birlikdə güclüyük!" şüarı hamı üçün əsas şüar olmalıdır
Qazaxıstanda koronavirusa yoluxanların sayı 229 nəfərə çatıb
Tramp Nyu-Yorkda karantinin tətbiq edilməyəcəyini bildirdi
Azərbaycan xarici ölkələrə fındıq ixracını artıracaq
Ukraynada koronavirusa yoluxanların sayı artıb
"Yuventus" oyunçularla pandemiya zamanı maaşların azaldılması barədə razılaşıb
Çində koronavirusa yoluxanların sayı artıb
Tramp Nyu-Yorkda karantinin tətbiq edilməsini nəzərdən keçirir
ABŞ-da koronavirusa yoluxanların sayı 121 mini ötüb
Rüştü koronavirusa yoluxub
Fransada koronavirusdan ölənlərin sayı 2,3 mini ötüb
Türkiyə HHQ İraqın şimalında 8 terrorçunu zərərsizləşdirib
Belçikada koronavirusa yoluxanların sayı 9134 nəfərə çatıb
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 570 mini ötüb
İsveçrədə koronavirusa daha 1052 nəfər yoluxub
Bu gündən ölkə ərazisində xüsusi karantin rejimi gücləndirilir
Bəhruz Quliyev: Öz həyatlarını risk altına ataraq, xəstələrə xidmət göstərən həkimlərimiz ən yüksək qiymətə layiqdirlər
İtaliyada koronavirusdan ölənlərin sayı 10 min nəfəri ötüb
Böyük Britaniyada koronavirusdan ölənlərin sayı min nəfəri ötüb
Alov Qüllələrində "Biz birlikdə güclüyük!", "Azərbaycan həkimlərinə eşq olsun!" və "Evdə qal Azərbaycan!" şüarları əks olunub (FOTO/VİDEO)
Prezident İlham Əliyev həkimləri alqışladı (VİDEO)
Birinci vitse-prezident Mehriban Əliyeva: Həkimlərin hər an qəbul etdikləri qərarlar, peşəkar bilik və bacarıqları, fədakarlıq və şəfqəti bizim əsas silahımız və ümidimizdir (FOTO)
Türkiyədə koronavirusdan ölənlərin sayı 108 nəfərə çatıb (FOTO)
Azərbaycan Prezidenti: Bir daha həm özümüzə, həm bütün dünyaya nümayiş etdiririk ki, biz böyük xalqıq
Prezident İlham Əliyev: Bəzi insanlar özlərini məsuliyyətsiz aparırlar, ona görə də tədbirlər daha da sərtləşdiriləcək
Azərbaycan Prezidenti: Elə adam var ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna bir manat köçürür. Ona “Çox sağ ol!” deyirik
UNEC rektoru: Distant ali təhsil: 3 addım
Prezident İlham Əliyev: Ölkəmizin bir nömrəli xəstəxanasını koronavirus xəstələrinin sərəncamına vermək – bundan böyük addım ola bilməz
Azərbaycan Prezidenti: Ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür ki, biz bu ağır sınaqdan az itkilərlə çıxaq və vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq
Prezident İlham Əliyev: Hesab edirəm ki, icbari tibbi sığortanın Azərbaycanda tam tətbiq edilməsi nəticəsində biz səhiyyə sistemində çox ciddi dönüşə nail olacağıq
Gəncədə karantin rejimini pozan şəxs aşkarlanıb (VİDEO)
Prezident İlham Əliyev: Əgər biz səhiyyə sahəsinə fikir verməsəydik, bu gün bizim vəziyyətimiz əlbəttə ki, tələbatımızı təmin edə bilməzdi
Dövlət Komitəsi “Ailələrə zəng” aksiyasını davam etdirir (FOTO)
Azərbaycan Prezidenti: Koronavirus xəstələri hazırda ən həssas təbəqədir və onların müalicəsi, onlara lazımi tibbi xidmətin göstərilməsi ən vacib məsələdir
Xüsusi karantin rejimini pozaraq Bakıya gələn şəxslər həbs edildi (FOTO)
Azərbaycanda daha 17 nəfərdə koronavirus infeksiyasına yoluxma qeydə alındı, 1 nəfər vəfat etdi - Operativ Qərargah
YAP könüllüləri və ƏƏSMN-nin sosial işçiləri ahıllara, tənhalara yardım paylayır, sosial xidmət göstərirlər (FOTO)
Karantin rejimində sığorta xidmətlərinin fasiləsizliyi tam təmin edilir
“Azərişıq” ASC sosial izolyasiyada qalan vətəndaşlarımıza dəstək verməyə daim hazırdır
Səməd Seyidov AŞ PA məruzəçilərinin qərəzli açıqlaması ilə əlaqədar assambleyanın prezidentinə məktub göndərib
Xaçmazda xüsusi karantin rejimi ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir (FOTO)
Ailə TV tibb işçilərini təmənnasız TV və İnternetlə təmin edəcək
Köşkdən oğurluq edən Bakı sakinləri tutuldu
Polis postlarından yalnız bu şəxslər və onların avtomobilləri buraxılacaq - YENİ QAYDA
Nazirlik “Böyüklərimizə qayğı ilə!” adlı daha bir videoçarx hazırladı (VİDEO)
Bakıda elektrik naqilləri oğurlayan şəxs saxlanıldı
DMX-dən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət
Zamanında mühüm xidmət növü - AptekOnline.az! (VİDEO)
Birinci sinfə elektron qeydiyyata yenidən start verilir
Azəriqaz: Daha az işçi ilə maksimum iş imkanları səfərbər olunur
Quba polisi gücləndirilmiş iş rejimində çalışır (FOTO)
Təhsil Nazirliyi vətəndaş qəbulunu bu tarixədək dayandırdı
Daha bir qrup sənət adamı koronavirusla bağlı vətəndaşlara müraciət ediblər (VİDEO)
Ağcabədidə yük avtomobili yandı
Daha 1400-dən çox tənha yaşlıya evlərində sosial xidmətlərə başlanıb
DİN: Zaqatalada koronavirusla bağlı yalan məlumat yayan şəxslər saxlanılıb
Tədrisi digər dildə aparılan bölmə üzrə müsahibələr təxirə salınıb
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB-2)
AZAL #EVDƏQAL təşəbbüsü çərçivəsində yeni kampaniyaya start verir (FOTO)
TƏBİB-dən 6 yaşlı uşağın ölümü ilə bağlı rəsmi açıqlama
Bakıda mağazalardan oğurluq edən şəxs saxlanıldı
“Evdə qal” devizi altında aksiya davam etdirilir (FOTO)
Xaçmaz polisi karantin rejimi ilə bağlı gücləndirilmiş iş rejimində çalışır (FOTO)
Psixoloq: Klinik psixoloqların xalqa dəstək üçün videogörüntülər etməsi gözəl olardı
Qüdrət Həsənquliyev: Tofiq Yaqublu əsəblərinə hakim ola bilməyibsə, bunun təqsirkarı hazırda onun həbsini siyasiləşdirənlərdir
İsmayıllı sakinindən qanunsuz ov tüfəngi götürüldü
“Huawei Azerbaijan” koronavirusla mübarizədə Heydər Əliyev Fonduna dəstək göstərib (FOTO)
AZAL yalnız yoxlanılmış məlumatlara etibar etməyi tövsiyə edir
İranda ötən sutka koronavirus daşıyıcılarının sayı 3 mindən çox artıb
Gəncədə əhali COVİD-19 infeksiyası ilə bağlı maarifləndirilir (FOTO)
Azərbaycan şahmatçıları FİDE rəhbərliyindən Teymur Rəcəbovu iştirakçılar sırasında qaytarmağı xahiş edib (FOTO)
ABŞ koronavirusla mübarizə məqsədilə Azərbaycana 1,7 milyon dollar yardım ayırıb
Cəlilabadda karantin rejiminə riayət etməyənlərə xəbərdarlıq edildi (FOTO)
Sabah Bakıda 17 dərəcə isti olacaq
İranda koronavirus diaqnozu testlərinin kütləvi istehsalına başlanılıb
Bakıda qardaşı arvadını qətlə yetirən şəxs saxlanıldı
Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq
Təcridxanaya narkotik keçirmək cəhdlərinin qarşısı alınıb - FOTO
D230 blokunda seysmik tədqiqat proqramı uğurla başa çatıb
Ötən gün 25 cinayətin üstü “isti izlər”lə açılıb
Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitlərin məbləği məlum oldu
Türkiyənin yeni nəqliyyat və infrastruktur naziri təyin edilib
Dövlət Təhlükəsizliyi Xidmətinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini yad ediblər (FOTO)
Şəkiyə giriş-çıxış məhdudlaşdırıldı (FOTO)
Sərdar Cəlaloğlu: Tofiq Yaqublunun davranışı qətiyyən müdafiə oluna bilməz
Gənclər Fondunun əməkdaşları bir aylıq əmək haqqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi
“Azərenerji” strateji əhəmiyyətli müəssisələrdə qabaqlayıcı tədbirlər görür (VİDEO)
Qazaxa giriş-çıxış məhdudlaşdırılıb - RƏSMİ (VİDEO)
İranda koronavirusla əlaqədar ilk səyyar laboratoriya istismara verilib (FOTO)
KOBİA-nın dəstəyi ilə onlayn supermarket yaradıldı
Telekanallar milli filmləri nümayiş etdirəcək
Bütün xəbərlər