...

Metroda qatarların fəaliyyəti bərpa edildi

Cəmiyyət Materials 27 Fevral 2020 17:17 (UTC +04:00)
Bakı metrosu qısa fasilədən sonra qatarlarının faəliyyətini bərpa edib.
Metroda qatarların fəaliyyəti bərpa edildi

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakı metrosu qısa fasilədən sonra qatarlarının fəaliyyətini bərpa edib.

Bu barədə Trend-ə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, bu gün saat 15:48-də "Bakı Metropoliteni"nə gələn elektrik xəttində elektrik cərəyanının verilməsində qısamüddətli fasilə yaranıb. Bu səbəbdən qatarların hərəkətində qısa fasilə yaranıb.

Hazırda bütün stansiyalarda işlər öz qaydasında gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti