...

Bibiheybətdə çökən yolun istifadəyə veriləcəyi VAXT müəyyənləşdi

Cəmiyyət Materials 3 Mart 2020 13:15 (UTC +04:00)
Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Bibiheybət məscidi istiqamətində olan yolda tikinti-bərpa işləri davam edir.
Bibiheybətdə çökən yolun istifadəyə veriləcəyi VAXT müəyyənləşdi

Bakı. Samir Əli - Trend:

Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Bibiheybət məscidi istiqamətində olan yolda tikinti-bərpa işləri davam edir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, ərazidə işlərin bir hissəsi başa çatmaq üzrədir:

"Artıq yamacın aşağı hissəsində istinad divarının inşası yekunlaşmaq üzrədir. İstinad divarlarının inşası başa çatandan sonra yamacın ortasında bərkitmə işləri aparılacaq və yolun hərəkət zolaqları bərpa olunacaq".

A.Nəcəfli bildirib ki, ərazidə işlər may ayının sonuna qədər başa çatıdırılacaq.

Xatırladaq ki, ötən il noyabrın 24-də Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Bibiheybət məscidi istiqamətində olan yolda sürüşmə baş vermişdi. Hadisə nəticəsində yolun bir hissəsi çökmüş, avtomobillərin hərəkəti məhdudlaşdırılmışdı. Yolda hərəkət bərpa olunsa da, yolun tam istifadəyə verilməsi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi təmir-bərpa işlərinə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti