...

Balakənli könüllülərdən nəcib təşəbbüs (FOTO)

Cəmiyyət Materials 8 Mart 2020 23:25 (UTC +04:00)
könüllülər bayram günündə Balakən şəhərində təmizlik işləri ilə məşğul olan xanım işçiləri təbrik ediblər
Balakənli könüllülərdən nəcib təşəbbüs (FOTO)

Bakı. Trend:

Balakən Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Balakən şəhərində ulu öndər Heydər Əliyevin adını daşıyan parkda təmizlik işləri ilə məşğul olan xanım işçiləri təbrik ediblər.

Trend-in məlumatına görə, könüllülər bayram günündə iş başında olan xanımlara gül hədiyyə ediblər.

Xanım işçilər xoş sözlərə və bayram təbriklərinə görə gənclərə təşəkkür ediblər.

Könüllülərin bu nəcib təşəbbüsü sakinlər tərəfindən rəğbətlə qarşılanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti