...

Gürcüstandakı səfirliyimiz daha 30 vətəndaşın ölkəmizə qayıtmasını təmin etdi

Cəmiyyət Materials 15 Mart 2020 22:16 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanın Gürcüstandakı səfirliyi Avropa ölkələrindən Türkiyə və Gürcüstan ərazilərindən keçməklə ölkəmizə qayıtmaq istəyən vətəndaşlarımıza lazımı köməkliyi davam etdirir.

Trend-in məlumatına görə, martın 15-də Avropadan gələn daha 30 nəfər Azərbaycan vətəndaşı səfirliyin təşkilatçılığı ilə Türkiyə-Gürcüstan "Sarp" sərhəd-keçid məntəqsindən xüsusi avtobuslarla "Qırmızı körpü" sərhəd keçid məntəqəsinə gətirilib. Bildirilib ki, həmin şəxslər xüsusi müayinədən keçiriləcək və zərurət yarandığı halda, 14-28 günlük karantin rejimində saxlanılacaqlar. Qeyd edək ki, bundan əvvəl də 30 nəfər vətəndaşımız səfirliyin dəstəyi ilə Azərbaycana qayıdıb.

Məlumat üçün bildirək ki, səfirlikdə "qaynar xətt" yaradılıb: +995- 577-06-50-50

Məqalədə:
Xəbər lenti

Xəbər lenti