...

Yazgül Abdiyeva: Karantin müddətində sakit şəraitdə çox faydalı, yaradıcı işlər görə bilərik

Cəmiyyət Materials 6 Aprel 2020 12:21 (UTC +04:00)
Yazgül Abdiyeva: Karantin müddətində sakit şəraitdə çox faydalı, yaradıcı işlər görə bilərik

Bakı. İlhamə İsabalayeva – Trend:

Dövlət koronavirusla mübarizə sahəsində bütün mümkün tədbirləri həyata keçirir. Hazırkı şəraitdə vətəndaşlardan məsuliyyətli olmaq tələb edilir.

Bunu Trend-ə tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva deyib.

Onun sözlərinə görə, karantin qaydalarına riayət edilməməsi sonda daha böyük itkilərin yaranmasına səbəb olacaq.

Avropa ölkələrinin mənfi təcrübəsini nümunə göstərən mütəxəssis qeyd edib ki, insanlar koronavirusla bağlı vəziyyətin inkişaf etmiş ölkələrdə olduğu kimi olmasını istəmirlərsə, qaydalara əməl etməlidirlər.

Alim hesab edir ki, vətəndaşlar karantinlə bağlı dövlətin qoyduğu qaydalara ciddi əməl etməklə bu virusun yayılmasının qarşısını almağa töhfə vermiş olarlar:

“Biz indi yalnız məsuliyyətimizlə dövlətə dəstək ola bilərik. Dövlətin gördüyü bütün tədbirlər bizim sağlamlığımızın qorunmasına yönəlib. İnsanlar da bunu dərk edərək qaydalara əməl etməlidirlər. İnanıram ki, qaydalara əməl etsək, daha az itki ilə bu virusa qalib gələcəyik!”

Y.Abdiyeva hazırda optimist olmağın da virusla mübarizədə əhəmiyyətli rol oynadığını nəzərə çatdırıb.

O əlavə edib ki, təlaş və qorxu immun sistemini çox zəiflədir:

“Karantin müddətində sakit şəraitdə çox faydalı, yaradıcı işlər görə bilərik. Hazırda bu işləri görmək üçün ən münasib vaxtdır. Mütaliə etmək, elmi məqalələr yazmaq, əl əməyini inkişaf etdirmək, hörmə və tikiş işləri, rəsm çəkmək, yoqa, pilateslə məşğul olmaq, uşaqlar ilə birgə maraqlı vaxt keçirməklə günümüzü səmərəli edə bilərik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti