...

Yeni yaradılan işlərdə çalışmaq istəyənlər yerli məşğulluq mərkəzlərinə müraciət etməlidirlər

Cəmiyyət Materials 13 Aprel 2020 16:51 (UTC +04:00)
Yeni yaradılan ictimai işlərdə çalışmaq istəyənlər bunun üçün yerli məşğulluq mərkəzlərinə müraciət etməlidirlər.
Yeni yaradılan işlərdə çalışmaq istəyənlər yerli məşğulluq mərkəzlərinə müraciət etməlidirlər

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva – Trend:

Yeni yaradılan ictimai işlərdə çalışmaq istəyənlər yerli məşğulluq mərkəzlərinə müraciət etməlidirlər.

Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin rəis müavini Cəmaləddin Quliyev deyib.

Onun sözlərinə görə, 190 manat məbləğində birdəfəlik ödəmənin alınması üçün etdiyi müraciətə imtina cavabı verilən şəxslər yerli məşğulluq mərkəzlərinə müraciət etdikdə, onlara yeni açılan iş yerləri barədə məlumat veriləcək.

Xidmət rəsmisi həmin işlərin dezinfeksiya, yaşı 65-dən çox olan ahıllara qulluq və s. ilə bağlı olduğunu söyləyib.

C.Quliyev işə qəbul olunacaq vətəndaşlarla müqavilənin imzalandığını da söyləyib.

Qeyd edək ki, DOST İş Mərkəzi vasitəsi ilə aprel-may ayları üzrə əlavə 50 min ödənişli ictimai iş yerinin yaradılması nəzərdə tutulub.

Bu gündən artıq həmin ictimai iş yerlərinin yaradılmasına başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti