...

Qəbələ sakinindən sənədləri olmayan silah götürülüb

Cəmiyyət Materials 20 Aprel 2020 20:21 (UTC +04:00)
Qəbələ sakinindən sənədləri olmayan silah götürülüb

Bakı. Trend:

Qəbələ rayon sakini E.Xurşudovdan müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Qəbələ RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abrıx kənd sakini E.Xurşudovdan müvafiq sənədləri olmayan “TOZ-32” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti