...

Azərbaycan aviatorları qanvermə aksiyasında iştirak etdilər (FOTO)

Cəmiyyət Materials 24 Aprel 2020 10:42 (UTC +04:00)
Azərbaycan aviatorları qanvermə aksiyasında iştirak etdilər (FOTO)

Bakı. Trend:

Azərbaycanın milli aviadaşıyıcısı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə başlanan qanvermə aksiyasına qoşulub.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu mərhələdə 300-dən çox Azərbaycan aviatoru qanvermə aksiyasında iştirak edib.

Qanın verilməsi xüsusi cədvələ əsasən, karantin rejiminin tələblərinə riayət olunmaqla həyata keçirilib.

Qeyd edək ki, könüllü qanvermə aksiyası irsi qan xəstəliklərindən, xüsusən talassemiyadan əziyyət çəkən insanlara kömək etmək məqsədilə Heydər Əliyev Fondu tərəfindən başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti