...

Nazirlik: Elektron ərizəsini təsdiq edən müəllimlər iş yerini dəyişmək imkanı əldə edəcək

Cəmiyyət Materials 27 Aprel 2020 14:57 (UTC +04:00)
Nazirlik: Elektron ərizəsini təsdiq edən müəllimlər iş yerini dəyişmək imkanı əldə edəcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Elan ediləcək tarixlərdə qeydiyyatdan keçən və elektron ərizəsini təsdiq edən namizədlər iş yerini dəyişmək imkanı əldə edə biləcəklər.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, cari ildə də müəllimlərin iş yerinin dəyişdirilməsi elektron qaydada həyata keçirildiyi üçün müsabiqənin təşkilində hər hansı maneə olmayacaq.

Həmçinin, bir qayda olaraq yay aylarında keçirilən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin təxirə salınmasına dair hazırda hər hansı bir qərar yoxdur. Müsabiqənin test imtahanı və müsahibə mərhələsinin təşkili ilə bağlı zəruri tədbirlər həyata keçirilməkdədir.

Ölkədə COVİD-19 virusu ilə bağlı hazırkı sanitar-epidemioloji vəziyyətdən və bununla bağlı tətbiq ediləcək qaydalardan asılı olaraq müvafiq qərar qəbul edildiyi təqdirdə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti