...

Ceyhun Bayramov: 1 milyon 600 min şagird teledərslərdən yararlana bilib

Cəmiyyət Materials 27 Aprel 2020 17:19 (UTC +04:00)
Ceyhun Bayramov: 1 milyon 600 min şagird teledərslərdən yararlana bilib

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

1 milyon 600 min şagird teledərslərdən yararlana bilib.

Trend-in məlumatına görə, bunu aprelin 27-də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə Təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, koronavirus pandemiyası ilə əlaqədar olaraq ölkədə tətbiq olunan karantin rejimi Təhsil sektoruna da öz təsirini göstərdi: "Lakin Təhsil Nazirliyi tərəfindən çevik addımlar atıldı. Azərbaycan bölməsində, daha sonra isə rus bölməsində teledərslərə start verildi. Aprelin 29-da teledərslərin 1000-ci buraxılışı efirə gedəcək".

C.Bayramov qeyd edib ki, təhsil sahəsində görülən bu tədbirlər koronavirus pandemiyasının təhsil sisteminə mənfi təsirlərinin qarşısını aldı.

Nazir əlavə edib ki, 1 milyon 600 min şagird teledərslərdən yararlana bilib: "Bu günə qədər 650 min şagird və müəllim virtual məktəb layihəsindən qeydiyyatdan keçib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti