...

Kolleclərə sənəd qəbulu bu tarixdə təşkil ediləcək

Cəmiyyət Materials 7 May 2020 17:58 (UTC +04:00)
Kolleclərə sənəd qəbulu bu tarixdə təşkil ediləcək

Bakı. Trend:

11 illik tam orta təhsil bazasında kolleclərə sənəd qəbulu onlayn formada 12 may - 5 iyun tarixlərində təşkil ediləcək.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

O bildirib ki, həmçinin ümumi (9-cu sinif) orta təhsil bazasında kolleclərə qəbul yalnız buraxılış imtahanlarının ikinci mərhələsinin nəticəsi əsasında aparılacaq:

"Bundan əlavə, bu il 19 mindən çox abituriyent kolleclərə qəbul üçün öz ərizələrini təsdiq edib. Onlardan 1 mart 2020-ci il tarixində buraxılış imtahanının birinci mərhələsində iştirak edən 4 min abituriyent müsabiqəyə qatılmaq üçün mütləq buraxılış imtahanının ikinci mərhələsində iştirak etməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti