...

AMEA: Magistrantların dissertasiya işlərinin müdafiəsi ənənəvi yolla aparılacaq

Cəmiyyət Materials 14 May 2020 17:41 (UTC +04:00)
Magistrlər üçün imtahan sessiyası, magistrlik dissertasiya işlərinin müdafiəsi pandemiya ilə əlaqədar preventiv tədbirlər, sosial məsafənin gözlənilməsi ilə tələb nəzərə alınmaqla ənənəvi yolla aparılacaq.
AMEA: Magistrantların dissertasiya işlərinin müdafiəsi ənənəvi yolla aparılacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Magistrantlar üçün imtahan sessiyası və dissertasiya işlərinin müdafiəsi pandemiya ilə əlaqədar preventiv tədbirlər, sosial məsafənin gözlənilməsi ilə tələb nəzərə alınmaqla ənənəvi yolla aparılacaq.

Trend-in məlumatına görə, bunu AMEA Rəyasət Heyəti Aparatının Magistratura şöbəsinin müdiri Fikrət Feyziyev AMEA-nın elmi müəssisələrinin Təhsil şöbələrinin müdirləri ilə keçirilən onlayn görüşdə deyib.

AMEA-nın Elm və təhsil idarəsinin rəis müavini Hüseyn Hüseynov magistrantların aralıq qiymətləndirilməsinin 31 may 2020-ci il tarixində başa çatdırılmasının önəminə toxunub. O, distant təhsil sahəsində əldə edilən təcrübəni yüksək qiymətləndirərək, onlayn rejimdə keçirilən sərbəst işlərin və kollokviumların, o cümlədən seminar qiymətlərinin imtahanqabağı bal cədvəlində nəzərə alınmasının zəruriliyini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti