...

Yaşı 8-dən yuxarı olan uşaqların I sinfə qəbulu qaydası açıqlanıb

Cəmiyyət Materials 18 May 2020 15:18 (UTC +04:00)
əhsil Nazirliyi yaşı 8-dən yuxarı olan uşaqların I sinfə qəbulu qaydasını açıqlayıb.
Yaşı 8-dən yuxarı olan uşaqların I sinfə qəbulu qaydası açıqlanıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Təhsil Nazirliyi yaşı 8-dən yuxarı olan uşaqların I sinfə qəbulu qaydasını açıqlayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, yaşı 8-dən yuxarı olan uşaqlar Təhsil nazirinin 29.05.2014-cü il tarixli, 645 nömrəli əmri ilə təsdiq edilmiş “Fərdi təhsilin təşkili haqqında Qaydalar”ın tələblərinə uyğun olaraq fərdi təhsilə cəlb olunurlar.

Yaşı 8-dən yuxarı olan uşaqların valideynləri www.mektebeqebul.edu.az saytında qeydiyyatdan keçdikdən sonra 01.06.2020-ci il tarixindən həftənin II və IV günləri yaşayış yerindən arayış, 2 ədəd 3x4 rəngli fotoşəkil, valideynin (və ya qanuni nümayəndənin) və uşağın şəxsiyyətini təsdiq edən sənəd, ehtiyac yaranarsa, sağlamlıq haqqında arayışla (forma 26U) yerli təhsili idarəetmə orqanlarında yaradılmış müvafiq komissiyaya müraciət etməlidir. Valideynlərə həmin komissiyaya uşağı da özləri ilə gətirmələri tövsiyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti