...

Azərbaycanda karantin dövründə dini ayinlərlə bağlı hər hansı bir problem qeydə alınmayıb

Cəmiyyət Materials 20 May 2020 15:21 (UTC +04:00)
Azərbaycanda karantin dövründə dini ayinlərlə bağlı hər hansı bir problem qeydə alınmayıb. Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Yeni TV-ə müsahibəsində deyib.
Azərbaycanda karantin dövründə dini ayinlərlə bağlı hər hansı bir problem qeydə alınmayıb

Bakı. Elçin Mehdiyev - Trend:

Koronavirusla əlaqədar dünyanın bütün ölkələrində dini məbədlərin fəaliyyəti məhdudlaşdırılıb. İnsanlara da dini ayinləri evlərində keçirmələri tövsiyə olunub və onlar da buna riayət edirlər. Hər kəs başa düşür ki, kütləvilik virusun yayılmasına səbəb ola bilər.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Yeni TV"yə müsahibəsində deyib.

Onun sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin Ramazan ayı ilə bağlı verdiyi fətvada da dini ayinlərin evdə keçirilməsi qeyd olunub: "Bütün işlər də buna uyğun icra olunur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti