...

Mingəçevir Dövlət Universitetində sığorta mövzusunda təlim keçirilib (FOTO)

Cəmiyyət Materials 26 May 2020 12:40 (UTC +04:00)
Mingəçevir Dövlət Universitetində sığorta mövzusunda təlim keçirilib (FOTO)

Bakı. Trend:

2020-ci ilin 23 may tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Sığorta və onun insanların sosial müdafiəsində rolu” mövzusunda təlim keçirilib. Tədbir Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 may 2019-cu il tarixli 354s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nın aidiyyəti bəndlərinin icrası barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19 iyun 2019-cu il tarixli F-377 nömrəli əmrinin icrası çərçivəsində təşkil olunub.

Online formatda keçirilən tədbiri açan MDU-nun rektoru Şahin Bayramov ölkə başçısı tərəfindən Azərbaycanda sığortanın inkişafına göstərilən yüksək diqqət və qayğıdan bəhs edib. Sığortanı milli iqtisadiyyatın davamlı inkişafına ciddi təsir edən aparıcı maliyyə alətlərindən biri kimi dəyərləndirən rektor sığorta sahəsində maarifləndirmə işinin aparılmasında MDU-nun da üzərinə mühüm vəzifələr düşdüyünü diqqətə çatdırıb. Ş.Bayramov tələbə və əməkdaşların iştirakı ilə sığorta mövzusunda analoji təlim və seminarların MDU-nun müvafiq Tədbirlər Planı çərçivəsində davamlı şəkildə keçiriləcəyini bildirib.

Tədbirdə əsas təlimçi qismində Azərbaycan Dövlət Sığorta Şirkətinin Mingəçevir şəhər filialının direktoru Nazim Səfərov iştirak edib. N.Səfərov sığortanın mahiyyəti və məzmunu, yaranması tarixi, Azərbaycanda sığorta işi sahəsində mövcud normativ-hüquqi aktlar, sığortanın insanların sosial müdafiəsi baxımından əhəmiyyəti rolu və digər məsələlər barədə ətraflı məlumat verib.
Tədbirdə iştirak edən Azərbaycan Sənaye Sığorta Şirkətinin əməkdaşı Elməddin Nağıyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Mingəçevir KOB dostu Ayaz Ədilov sığortanın praktiki xüsusiyyətlərinə dair fikirlərini bölüşüblər.

Maraqlı müzakirələrlə davam edən təlimdə MDU tələbələri və əməkdaşlarının sığorta ilə bağlı çoxsaylı sualları cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti