...

Baş Prokurorluğa yeni mətbuat xidməti təyin olundu

Cəmiyyət Materials 12 İyun 2020 16:08 (UTC +04:00)
Baş Prokurorluğa yeni mətbuat xidməti təyin olundu

Bakı. Trend:

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov yeni vəzifəyə təyinat alıb.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, uzun illər Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri işləmiş Eldar Sultanov tutduğu vəzifədən azad edilərək Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi vəzifəsinə təyin edilmiş, Günay Səlimzadə isə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri vəzifəsinin icrası həvalə edilib.

Prokurorluq orqanlarında struktur islahatlarının həyata keçirilməsi və kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə komplektləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti