Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə COVİD-19 virusuna yoluxma riskinin azaldılması üçün öz tövsiyələrini verib.
Agentlikdən Trend-ə verilən məlumata görə, açıq şəkildə satılan və qablaşdırılmamış qida məhsulları xüsusi vitrin arxasında saxlanmalıdır. Qablaşdırılmamış məhsullar yalnız xüsusi gigiyenik vasitələrlə təmin edilmiş işçi tərəfindən alıcıya təqdim olunmalıdır.
Soyuducuların temperatur rejiminə mütəmadi nəzarət edilməlidir. Dondurulmuş qida məhsulları -18° C-də buzluqda saxlanmalıdır.
Bununla yanaşı, donu açılmış qida məhsulları təkrar dondurulmamalıdır, tullantılar vaxtında kənarlaşdırılmalıdır.
Tullantı qabları mütəmadi olaraq təmizlənib, dezinfeksiya edilməli, zallar, otaqlar mütəmadi olaraq havalandırılıb, dezinfeksiya edilməlidir.