Bakı. Elçin Mehdiyev - Trend:
Son dövrlərdə dünyada koronavirusa yoluxanların sayı 50 faiz artıb ki, bu da ciddi xəbərdarlıqdır.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
Ə.Əmiraslanov bildirib ki, Azərbaycanda da virusa yoluxmaların sayının arması səhiyyəyə çox ciddi təsir edərək gərginlik yaradır.
Komitə sədri qeyd edib ki, düzdür, Azərbaycan tibb müəssisələrinin maddi-texniki bazası, kadr peşəkarlığı yüksək səviyədə olması epidemioloji vəziyyəti nəzarətdə saxlamağa imkan verir, amma bununla belə tibbi müəssiələrində gərginlik müşahidə edilir.
O qeyd edib ki, bu gün xəstəxanalara müraciət edənlərin böyük əksəriyyəti ağırlaşmış vəziyyətdə müraciət edirlər ki, bu da da vəziyyəti daha da gərginləşdirir. Komitə sədri vurğulayıb ki, hər kəs maska taxsa virusun yoluxma səviyyəsi cəmi 1.5 faiz təşkil edir: “Ancaq qaydalara riayət olunmasa hər birimiz süni nəfəs aparatına qoşula bilərik. Hər kəs bunu nəzərə almalı və qaydalara ciddi riayət etməlidir”.