...

Hökumətlərarası Təqaüd Proqramlarına dair internet səhifəsi istifadəyə verilib

Cəmiyyət Materials 3 İyul 2020 12:48 (UTC +04:00)
Hökumətlərarası Təqaüd Proqramlarına (HTP) dair internet səhifəsi (http://htp.edu.az) istifadəyə verilib.
Hökumətlərarası Təqaüd Proqramlarına dair internet səhifəsi istifadəyə verilib

Bakı. İlhamə İsabalayeva - Trend:

Hökumətlərarası Təqaüd Proqramlarına (HTP) dair internet səhifəsi (http://htp.edu.az) istifadəyə verilib.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, məqsəd ictimaiyyətin HTP çərçivəsində müxtəlif ölkələr üzrə təhsilin müxtəlif səviyyələrində təqaüd proqramları ilə bağlı düzgün və mütəmadi məlumatlandırılmasını təmin etməkdir.

İstifadəçilərin rahatlığını təmin etmək üçün yaradılmış yeni internet səhifəsi “HTP haqqında”, “Təqaüd ölkələri”, “Tələbələr”, “Məzunlar”, “Elektron xidmətlər” və “Əlaqə” bölmələrindən ibarətdir. Bu bölmələrə daxil olmaqla aidiyyəti üzrə ətraflı məlumat əldə etmək mümkündür.

Həmçinin sözügedən internet səhifəsi mobil telefon və planşet istifadəçilərinin rahatlığı üçün də uyğunlaşdırılıb. Bununla yanaşı, HTP-nin "Facebook" səhifəsi də istifadəyə verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti