...

20 iyul tarixdən edibarən bu sahələrdə xidmətlərin göstərilməsinə icazə veriləcək - RƏSMİ

Cəmiyyət Materials 17 İyul 2020 19:36 (UTC +04:00)
20 iyul tarixdən edibarən bu sahələrdə xidmətlərin göstərilməsinə icazə veriləcək - RƏSMİ

Bakı. Trend:

Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda 2020-ci il 20 iyul tarixdən edibarən masaj və hamam xidməti istisna olmaqla bərbərxana, gözəllik salonlarının fəaliyyətinə və kosmetik xidmətlərin göstərilməsinə icazə verilir.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumatda deyilir.

Qeyd edək ki, yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə uyğun olaraq ölkə üzrə xüsusi karantin rejimi 2020-ci il 31 avqust saat 00:00-dək uzadılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti