...

DİM 29 və 30 iyulda keçiriləcək buraxılış imtahanlarının qrafikini açıqladı

Cəmiyyət Materials 25 İyul 2020 19:00 (UTC +04:00)
DİM 29 və 30 iyulda keçiriləcək buraxılış imtahanlarının qrafikini açıqladı

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 29 və 30 iyul tarixlərində keçiriləcək buraxılış (qəbul) imtahanlarının qrafiki elan olunub.

DİM-dan Trend-ə verilən məlumata görə, sərtləşdirilmiş karantin rejimi tətbiq olunan şəhər və rayonlarda imtahanların keçirilməsi ilə bağlı Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının müraciətinə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müsbət cavab verilib və imtahanlar pandemiya şəraiti və xüsusi karantin rejimi tələblərinə uyğun olaraq təşkil ediləcək.

Bu imtahanlarda iştirakçıların kütləviliyinin azaldılması məqsədilə kolleclərə (və ya hərbi liseylərə) ərizə verməyən 9-cu sinif şagirdləri iştirak etməyəcəklər. Bu şagirdlər üçün buraxılış imtahanı sentyabr ayında keçiriləcək.

Qeyd edək ki, 11 illik orta təhsil bazasında kolleclərə, eləcə də ali təhsil müəssisələrinə sənəd verməyən şagirdlər üçün “İmtahana buraxılış vərəqəsi” qoyulsa da, ictimai sağlamlığın qorunması ilə bağlı həyata keçirilən tədbirlərə uyğun olaraq onlar iyul ayında keçirilən buraxılış imtahanlarında iştirak etməyə bilərlər. Həmin şagirdlər buraxılış imtahanını sentyabr ayında verə bilərlər.

29-30 iyul 2020-ci il tarixlərində:

• 9 və 11-ci sinif üzrə buraxılış (qəbul) imtahanları;

• Əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsi, V ixtisas qrupu və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanları;

• Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci sinif (cari və əvvəlki illər) məzunları və 9-cu sinif cari ilin məzunları, həmçinin kollecə sənəd verən 9-cu sinif (cari və əvvəlki illər) məzunları üçün Azərbaycan dili (dövlət dili) imtahanları;

• Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları keçiriləcək.

Tarix/İmtahan*

29.07.2020

30.07.2020

11-ci sinif cari ilin məzunları üçün buraxılış imtahanı

Binəqədi (Bakı)
Suraxanı (Bakı)
Gəncə (Kəpəz)

Bakı (xüsusi məktəblər)*

Yasamal (Bakı)
Xəzər (Bakı)

Gəncə (Nizami)

Yevlax

9-cu sinif cari ilin məzunları üçün buraxılış imtahanı

İngilis, fransız b.

Əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsi, V ixtisas qrupu və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanı

Nizami (Bakı)

Nəsimi (Bakı)

Nərimanov (Bakı)

Sumqayıt

Goranboy

Mingəçevir

Sabunçu (Bakı)

Xətai (Bakı)

Abşeron

Göygöl

Samux

Azərbaycan dili (dövlət dili) imtahanı
- Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci sinif cari ilin məzunları üçün

Nizami (Bakı)

Nəsimi (Bakı)

İngilis, fransız b.

Sabunçu (Bakı)

Səbail (Bakı)

İngilis, fransız b.

Azərbaycan dili (dövlət dili) imtahanı
- Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci sinif əvvəlki illərin məzunları üçün

Binəqədi (Bakı)

Suraxanı (Bakı)

Səbail (Bakı)

Qaradağ (Bakı)

Yasamal (Bakı)

Xəzər (Bakı)

Pirallahı (Bakı)

Gəncə

9 illik təhsil bazasında kolleclərə sənəd vermiş

cari və əvvəlki illərin məzunları üçün buraxılış (qəbul) imtahanı

Nizami (Bakı)

Nəsimi (Bakı)

Sumqayıt

Sabunçu (Bakı)

Səbail (Bakı)

Abşeron

Azərbaycan dili (dövlət dili) imtahanı
– Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu sinif cari ilin məzunları və 9 illik təhsil bazasında kolleclərə ərizəsini rus bölməsi üzrə təsdiq etmiş
əvvəlki illərin məzunları üçün

Binəqədi (Bakı)
Suraxanı (Bakı)
Gəncə (Kəpəz)

Bakı (xüsusi məktəblər)*

Yasamal (Bakı)
Xəzər (Bakı)

Gəncə (Nizami)

Yevlax

C.Naxçıvanski adına Hərbi Liseyə qəbul imtahanı

Bakı, Şirvan

Məqalədə:
Xəbər lenti

Xəbər lenti