...

DSMF-də ictimaiyyətlə əlaqələr departamentinə müdir təyin edildi

Cəmiyyət Materials 29 İyul 2020 11:39 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr departamentinin müdiri vəzifəsinə yeni təyinat olub.

Trend-in məlumatına görə, bunu Nazirliyin (ƏƏSMN) mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirib.

O qeyd edib ki, bu vəzifəyə Rəşad Mehdili təyin olunub.

R.Mehdili indiyədək AzTV və İTV-də “Səhər proqramları” departamentinin direktoru, “Telesəhər”, “Yeni Gün” səhər proqramlarının aparıcısı, eyni zamanda, çalışdığı hər iki kanalda “Xəbərlər” və “Carçı” informasiya proqramlarının aparıcısı, müxbiri kimi fəaliyyət göstərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti