...

Deputat: Koronavirusla bağlı müsbət dinamikanın saxlanması üçün qaydalara riayət etmək vacibdir

Cəmiyyət Materials 4 Avqust 2020 11:15 (UTC +04:00)
Deputat: Koronavirusla bağlı müsbət dinamikanın saxlanması üçün qaydalara riayət etmək vacibdir

Bakı. Elçin Mehdiyev - Trend:

Məlumdur ki, dünyada koronavirus pandemiyası hələ də davam etməkdədir. Bu baxımdan Azərbaycanda sərt karantin rejiminin avqustun 31-ə qədər uzadılması məqsəduyğundur.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

A.Həsənova bildirib ki, xüsusi qarantin rejiminin müəyyən qədər yumşaldılması insanlarımızı arxayın salmamalıdır:

“Çünki arxayınlaşıb qaydalara riayət etməmək yoluxma sayının artmasına səbəb olar ki, bu da arzuolunmaz bir hall ola bilər. Hələki dünyada xüsusi karantin rejimindən tam çıxan ölkə yoxdur. Bu baxımdan ölkəmizdə xüsusi karantin rejiminin uzadılması doğru addım kimi qiymətləndirilməlidir və insanlarımız bunu anlayışla qəbul etməlidir.
Dünya ölkələrinin təcrübəsi göstərir ki, yumşaldılmalara getdikcə virusun yenidən alovlanmaları baş verir. Çox təəssüf ki, Cənub-Şərqi Asiya ölkələrində artıq 3-cü dalğa müşahidə olunur, o cümlədən Avropada, Yaponiyada və digər ölkələrdə epidemiyanın təkrar yayılmasi halları çoxalıb. Bəzi ölkələrdə isə yenidən sərhədlər bağlanır.
Biz Azərbaycanda da virusun yenidən yayılması təcrübəsinin şahidi olmuşuq. Məlum olduğu kimi pandemiyanın yayıldığı ilk dövürlərdə tətbiq olunan xüsusi karantin rejimi sayəsində ölkəmizdə virusa yoluxmaların saynda azalma müşahidə olunurdu, lakin yumşalmadan sonra yoluxmaların sayı artmağa başladı və hökumət yenidən karantin rejimini sərtləşdirmək məcburiyyətində qaldı. Yenidən bu vəziyyətlə üzləşməmək üçün bir müddət xüsusi karantin şəraitində yaşamağa məcburuq”.

Deputat bildirib ki, hələki dünyada koronavirusa qarşı tam təsdiq olunmuş peyvənd və ya dərman peraparatı tapılmayıb: “Məlum olduğu kimi dünyada vaksinlərin tapılması məsələsi Azərbaycan tərəfindən də diqqət mərkəzində saxlanılır. Ölkəmiz vaksin istehsal edən şirkətlərlə işgüzar əlaqələr saxlayır, eyni zamanda özünü tam doğrultmuş və alt nəticələrə yol verməyən vaksinlərin istehsalı diqqətdə saxlanılır və bununla bağlı araşdırmalar aparılır. Bildiyiniz kimi müxtəlif olkələrdə peyvəndin tapılması istiqamətində iş gedir və ilin sonuna kimi kütləvi istehsala buraxılma ehtimalı çox yüksəkdir. Bu baxımdan bir müddət qaydalara əməl etməliyik.

Hazırda ölkəmizdə koronavirusla bağlı müsbət dinamika müşahidə olunur, sağalanların sayı yoluxanların sayını xeyli üstələyir. Bu müsbət dinamikanın saxlanması və uğurlu sonluğa çatmaq üçün üçün fərdi və ictimai məsuliyyətin saxlanılması vacibdir.

Bu baxımdan hər kəsi özümüzü və yaxınlarımızı virusa yoluxmadan maksimum qorumaq üçün tibbi-profilaktik qaydalara riayət etməyə, ictimai yerlərdə 5 nəfərdən artıq qruplarda cəmləşməməyə, sosial məsafəni saxlamağa, qoruyucu maskalardan istifadəyə çağırıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti