Bakı. Trend:
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
AQTA-dan Trend-ə bildirilib ki, agentlik əməkdaşları tərəfindən 12 avqust 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 117 ictimai iaşə obyekti, 49 ərzaq satışı mağazası olmaqla ümumilikdə 166 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 76-da Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
Bakı şəhəri üzrə:
“Uğur”, “Məkan”, “Kəpəz”, “Orxan”, “Cənub” marketlər, Quliyevə İradə Kamal qızına, Nəbiyev Əlihüseyn Əlibaba oğluna, Abbasov Elvin Murad oğluna məxsus ərzaq mağazaları
Digər şəhər və rayonlar üzrə:
Kürdəmir rayonunda İsgəndərov Habil Arif oğluna, Qubatov Habil Sirac oğluna, Şirinov Maarif Vaqif oğluna, Manafov Əhəd Fərhad oğluna, Qədirov Habil Əhəd oğluna, Zamanov Fuad Fərhad oğluna, Yahyayev Səməd Babasəmid oğluna, İbrahimov İlqar Faiq oğluna, Mahmudov Zahir Əkbər oğluna, Məmmədov İlqar Yaqub oğluna, Novruzov Taleh Tacəddin oğluna, Mehdiyev Laçın Qüdrət oğluna, Hüseynov Rasim Tahir oğluna, İslamov Həsən Rizvan oğluna məxsus kafelər, Əzizov Elsevər Millət oğluna məxsus yeməkxana
Ağsu rayonunda Babayev Ruslan Təşkilat oğluna, Həmidov Vüqar Ağahəmid oğluna, Əsədov Qadir Əsəd oğluna, Vahidov Elşad Məhəmməd oğluna, Məmmədov Habil Allahverdi oğluna məxsus kafelər
Şamaxı rayonunda Rəcəbov Sahib Vahid oğluna, Cabbarlı Vidadi Mayor oğluna, Rəcəbov Namiq Şərif oğluna, Canatov Elməddin Səbri oğluna, Ağayev Ramin Ağaxan oğluna məxsus kafelər
Göyçay rayonunda İsmayılov İsmayıl Sahib oğluna, Abdullayev Elnur Faiq oğluna, Abdullayev Qədir İlham oğluna və Kərimli Simran Asif oğluna məxsus kafelər, Məcidov Bayram Elşad oğluna məxsus restoran
Ağdam rayonunda Quliyev Rəmzi Xəlil oğluna, Rəhimov Xaliq Səfqulu oğluna, İsmayılov Vəzirxan Əkbər oğluna, Bəxşəliyev Zabir Cavanşir oğluna, İsayev Bayram Gülşad oğluna, Mustafayev Şakir Famil oğluna məxsus ərzaq mağazaları
Tərtər rayonunda Zeynalov Hüseyn Pərviz oğluna, Məmmədov Asəf İlyas oğluna, Abbaszadə Qardaşxan Əkbər oğluna, Məhərrəmov Coşqun Qorxmaz oğluna, Abışov Pünhan Zülfü oğluna, Məmmədov Pərvin Aydın oğluna, Quliyeva Pərvanə Bakir qızına məxsus ərzaq mağazaları
Quba rayonunda “Şişa Garden”, “Quba” restoranları, Əlimuradov İntiqam Qənbər oğluna məxsus restoran (3 müəssisənində fəaliyyəti məhdudlaşdırılmışdır)
Xaçmaz rayonunda Hüseynov Süleyman Sahib oğluna, Meyludov Nizaməddin Kərimbala oğluna məxsus restoranlar, Həsənov Saleh Səlim oğluna və Məmmədov Məmmədtağı Arif oğluna məxsus kafelər
Gəncə şəhərində "Elcan", "Rza", "Nəzrin", "Bizim", "Firuzə", "Ümüd" marketlər
Tovuz rayonunda “Hacı bulağı”, “Anar”, “Şır-şır”, “Nicat” kafeləri, “Nihad” və “Xırdalan” marketləri
Şəmkir rayonunda “Görüş”, “Şamlıq”, “Vedili” kafeləri, “Uğur” və “ Xıdır” marketləri
Ağstafa rayonunda Yolçuyev Mübariz Bayram oğluna məxsus “Vurğun” kafesi
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.