...

İbtidai sinif şagirdlərinin hansı qaydada dərsə gedəcəyi açıqlandı - RƏSMİ

Cəmiyyət Materials 27 Avqust 2020 18:32 (UTC +04:00)
İbtidai sinif şagirdlərinin hansı qaydada dərsə gedəcəyi açıqlandı - RƏSMİ

Bakı. Elçin Mehdiyev – Trend:

İbtidai sinif uşaqları hamısı eyni gündə dərsə getməyəcək. Məsələn, sinifdə uşaq çoxdursa, onlar iki qrupa bölünəcək və hər qrup üçün həftədə iki və ya üç gün təyin ediləcək.

Trend-in məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, övladının hansı gün dərsə gedəcəyi barədə məlumatı valideynlər dərslərin başlanmasından bir həftə əvvəl məktəbdən ala biləcəklər və məktəblər də öz növbəsində bu məlumatı valideynlərə çatdıracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti