...

Şəhid çavuş dəfn edildi (FOTO) (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 21 Sentyabr 2020 16:44 (UTC +04:00)
Şəhid çavuş dəfn edildi (FOTO) (ƏLAVƏ OLUNUB)

Trend-i buradan izləyin

Bakı. Ceyhun Ələkbərov - Trend:

Sentyabrın 21-də saat 09:20 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmətçisi kiçik çavuş Məmmədov Elşən Əli oğlu dəfn edilib.

Şəhid Elşən Məmmədov Tovuz şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində Müdafiə Nazirliyinin nümayəndələri, Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hərbçi qulluqçular və rayon ictimaiyyəti iştirak edib.

X X X

15:36

Şəhid hərbçimiz ilə vida mərasimi keçirilir.

Trend-in məlumatına görə, sentyabrın 21-də saat 09:20 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmətçisi kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub.

Şəhidin cənazəsi Tovuz rayonunun Qazıqulu kəndində yaşadığı evə gətirilib. Şəhidlə vida mərasimində Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hərbçilər və rayon ictimaiyyəti iştirak edir.

X X X

14:16

Bu gün şəhid olan Azərbaycan hərbi qulluqçusunun cənazəsi yaşadığı evə gətirilir.

Trend-in məlumatına görə, saat 09:20 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlunun cənazəsi Tovuz rayonunun Qazıqulu kəndində olan evinə gətirilir.

Şəhid bu gün dəfn olunacaq. Şəhid hərbçinin 3 azyaşlı oğlu var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti