...

Naqif Həmzəyev partiya fəalları ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 23 Sentyabr 2020 11:13 (UTC +04:00)
Naqif Həmzəyev partiya fəalları ilə görüşüb (FOTO)

Bakı. Trend:

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev partiya fəalları ilə görüşüb.

Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan millət vəkili ölkəmizdə və dünyada baş verən hadisələrdən, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətdən ətraflı şəkildə bəhs edib. Naqif Həmzəyev qeyd edib ki, Azərbaycan dünyada müstəqil siyasət yürüdən, qlobal siyasi proseslərə və beynəlxalq münasibətlər sisteminə öz baxışı olan bir dövlət kimi təsdiqini tapıb.

Koronavirusun geniş yayılmasının qarşısını almaq məqsədilə ilk gündən ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə vətəndaşlarımızın sağlamlığının qorunmasına xidmət edən bütün zəruri, qabaqlayıcı addımlar atıldığını qeyd edən millət vəkili pandemiyanın qara kabus kimi çökdüyü vaxtda Azərbaycan dövlətinin öz gücünü, qüdrətini göstərə bildiyini vurğulayıb: Azərbaycan heç bir mənbədən yardım almadan koronavirusla mübarizəni davam etdirir. Dövlətimiz vətəndaşların sağlamlığını, rifahını diqqətdə saxlayır. Ölkəmizdə koronavirusla mübarizə ən yüksək səviyyədə davam etdirilir. Atılan qabaqlayıcı addımlarla dövlətimiz virusu lokallaşdırmağa qismən nail ola bilib. Azərbaycan pandemiya dövründə iqtisadi artımı qoruyub saxlayan azsaylı ölkələrdəndir.

Tədbirdə infeksiyanın yayılmasının qarşısını almaq məqsədi daşıyan profilaktik tədbirlərə əhalinin də dəstək verməsi, sosial həmrəylik nümayiş etdirmələri üçün bütün imkanlardan istifadə edildiyi qeyd edilib. Yoluxma sayınının azalmasına baxmayaraq əhali arasında maarifləndirmə və təbliğat işlərinin həyata keçirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Daha sonra iyunun 12-də ermənilərin Tovuz istiqamətində törətdikləri təxribatın qarşısının alınmasında rəşadətli Azərbaycan Ordusunun göstərdiyi şücaətin hər bir Azərbaycan vətəndaşını ruhlandırdığı, Vətənimizin müdafiəsinə, torpaqlarımızın işğalçılardan azad olunmasına səfərbər etdiyi bildirilib. Qeyd edilib ki, YAP üzvləri istər pandemiyaya qarşı mübarizədə, istərsə də torpaqlarımızın azadlığı uğrunda mübarizə çərçivəsində Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasəti birmənalı şəkildə dəstəkləyirlər.

Görüşdə iştirak edən partiya fəalları görülən işlərdən danışıb, qarşıda duran vəzifələri ətraflı müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti