Tarixi ədalət təmin edilir

Tarixi ədalət təmin edilir

Bakı. Trend:

Danılmaz həqiqətdir ki, 30 ilə yaxın müddət ərzində Azərbaycan münaqişənin sülh yolu ilə həll olunması üçün mümkün olan bütün vasitələrdən istifadə olunmasına çalışıb. Belə ki, erməni tərəfinin davamlı qeyri-konstruktiv mövqe göstərməsinə baxmayaraq, Azərbaycan daim diplomatik həll variantına üstünlük verib və danışıqlar prosesində fəal iştirak edib. Hərbi potensialının Ermənistanla müqayisədə əhəmiyyətli dərəcədə yüksək olmasına baxmayaraq, Azərbaycan hər zaman beynəlxalq hüququn prinsiplərinə, ümumbəşəri dəyərlərə sadiqliyini göstərib, münaqişənin sülh yolu ilə tənzimlənməsində maraqlı olduğunu öz konstruktiv mövqeyi ilə təsdiq edib.

Təəssüf ki, BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsi, eləcə də BMT Baş Assambleyası, Avropa Parlamenti, İslam Konfransı Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar tərəfindən münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dair qəbul edilən sənədlərin icra olunmaması münaqişənin sülh yolu ilə nizamlanmasına imkan verməyib.

Bu dövr ərzində münaqişənin həlli məqsədilə keçirilən danışıqlarda erməni tərəfi hər dəfə texniki məsələləri və danışıqların formatının dəyişdirilməsini qəsdən gündəmə gətirməklə, eyni zamanda, cəbhəboyu ərazilərdə və hətta Azərbaycan - Ermənistan dövlət sərhədi istiqamətində davamlı təxribatlar törətməklə danışıqlar prosesinə xələl gətirməyə, problemin həllindən diqqəti yayındırmağa, beynəlxalq hüquq normalarına və prinsiplərinə məhəl qoymadan işğala və təcavüzə əsaslanan status-kvonu qorumağa çalışıb. Zəbt olunmuş tarixi Azərbaycan torpaqlarında qeyri-qanuni məskunlaşma aparmaqla, tarixi, dini və mədəni abidələri talan etməklə, qədim yaşayış yerlərinin adlarını dəyişdirərək tarixi saxtalaşdırmaqla, iqtisadi və təbii resursları qanunsuz mənimsəməklə, böyük həcmdə hərbi texnika və qoşun cəmləşdirməklə və digər kriminal fəaliyyətlər həyata keçirməklə işğalçı dövlət faktiki olaraq danışıqları imitasiya etdiyini və yeni ərazi iddialarında olduğunu nümayiş etdirib.

Azərbaycanın çoxsaylı çağırışlarına baxmayaraq, açıq təcavüzkar siyasətinə görə adekvat beynəlxalq təzyiqin göstərilməməsi və heç bir sanksiyanın tətbiq edilməməsi işğalçı dövləti beynəlxalq hüquq normalarına hörmətsizliyi davam etdirməyə bir qədər də "cəsarətləndirmiş”dir. Belə ki, kriminal xunta rejiminin "andiçmə” mərasiminin Şuşada keçirilməsi, qondarma parlamentin bu qədim şəhərimizə köçürülməsinə qərar verilməsi və münaqişənin həllinin baza prinsiplərinə zidd olaraq "Qarabağ Ermənistandır və nöqtə” kimi sərsəm bəyanat səsləndirilməsi işğalçı dövlətin törətdiyi aşkar terrorçuluq fəaliyyətlərinə, qanlı əməllərə və soyqırımı cinayətlərlərinə görə cəzasızlıq səbəbindən azğınlaşmasından irəli gəlib.

Cari ilin iyul ayında Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz rayonu ərazisində işğalçı dövlət tərəfindən törədilən növbəti təxribat əməlləri yuxarıda qeyd olunan mənfur siyasəti bir daha açıq şəkildə göstərdi. Cəbhə zonasından xeyli uzaqda yerləşən və çoxsaylı strateji enerji və nəqliyyat xətlərinin keçdiyi Tovuz rayonunun hədəfə alınması düşmənin yeni münaqişə ocaqları yaratmaq və mövcud vəziyyəti daha da kəskinləşdirmək niyyətindən xəbər verir.

İyul döyüşlərində Azərbaycan Ordusu tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində xeyli sayda itkilərə məruz qalan düşmənin cari ilin avqust ayında mülki əhaliyə qarşı terror aktları törətmək məqsədilə ölkəmizə diversiya qrupu göndərməsi işğalçı dövlətin təcavüzkar və terrorçuluq siyasətindən heç zaman əl çəkməyəcəyini bir daha təsdiq etdi.

BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ermənistanın yeni ərazilər uğrunda müharibəyə hazırlaşdığını bildirməsi və beynəlxalq ictimaiyyətin onları hərbi təcavüzdən çəkindirməyə çağırması faktiki olaraq daha genişmiqyaslı növbəti erməni təxribatının proqnozu kimi qiymətləndirilə bilər. Hadisələrin sonrakı gedişatı dövlət başçısının proqnozlarını bir daha doğrultdu.

Cari ilin 27 sentyabr tarixindən etibarən Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribat törədərək ordumuzun mövqelərini və yaşayış məntəqələrimizi ağır artilleriyadan istifadə etməklə intensiv atəşə tutması ermənilərin terrorçu, faşist və işğalçı xislətinin daha da dəhşətli olmasını ortaya qoydu. Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuzun mülki əhalinin təhlükəsizliyini təmin etmək və işğalçı erməni silahlı qüvvələrinin döyüş fəallığını azaltmaq məqsədilə həyata keçirdiyi sülhə məcburetmə əməliyyatları qısa müddət ərzində möhtəşəm uğurlar əldə olunmasına imkan verdi.

Qürurverici haldır ki, Ali Baş Komandanımızın qətiyyəti sayəsində xalqımız həsrətində olduğu qələbə sevincini yaşadı. Dövlət başçısı cənab İlham Əliyevin hər birimizin həyat amalına çevrilmiş "Qarabağ Azərbaycandır!” şüarı öz təsdiqini tapmış oldu. Bu gün üçrəngli bayrağımızın Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Suqovuşanda, Xudafərində və işğaldan azad olunmuş digər yaşayış məntəqələrimizdə dalğalanması hər bir azərbaycanlıda böyük fəxarət hissi yaradıb. 27 sentyabr - 30 oktyabr tarixləri ərzində şanlı Ordumuz tərəfindən 4 şəhər, 3 qəsəbə və 185 kənd erməni işğalından azad olunub.

Hazırda Azərbaycan əsgərinin şücaəti sayəsində 27 illik həsrətə son qoyulur, tarixi ədalət bərpa olunur və nəhayət, işğala və təcavüzə əsaslanan status-kvo dəyişdirilir.

Təəssüf doğuran odur ki, döyüş meydanında Azərbaycan əsgərinin qəhrəmanlığı qarşısında aciz qalan və böyük itkilər verərək geri çəkilməyə məcbur olan mənfur düşmən beynəlxalq konvensiyalarda təsbit olunmuş müharibə qaydalarını kobud şəkildə pozur. Belə ki, mülki əhalimizin yaşadığı məntəqələri atəşə tutan xain düşmən cəbhə xəttindən uzaqda yerləşən Gəncə, Mingəçevir, Bərdə, Qəbələ, Kürdəmir və digər şəhərlərə də çoxsaylı raket zərbələri endirib. Erməni vandallığını bir daha nümayiş etdirən Gəncə, Bərdə və Tərtərdəki terror aktları və qadağan olunmuş silahlardan istifadə ilə törədilən müharibə cinayətləri Xocalı qətliamının davamı olmaqla 91 mülki şəxsin, o cümlədən uşaqların və qadınların həyatına son qoydu. Lakin Azərbaycan xalqının qələbə əzmini azaltmağa və ölkəmizdə sabitliyi pozmağa yönələn düşmənin bu cəhdləri uğursuzluğa düçar oldu.

Moskva, Paris, Vaşinqton və Cenevrədə razılaşdırılmış humanitar atəşkəsi kobudcasına pozan xain düşmənin heç bir əxlaq normalarına uyğun gəlməyən qanlı əməlləri sayəsində dünyasını dəyişən vətəndaşlarımızın qisasının qəhrəman əsgərlərimiz tərəfindən döyüş meydanında layiqli şəkildə alınması xüsusi qeyd olunmalıdır. Azərbaycan əsgərinin sarsıdıcı əks-hücum həmləsindən təlaşa düşən düşmən tarixi torpaqlarımızdan qorxaqcasına qaçır.

Bu günlərdə Azərbaycan erməni təcavüzünə və terroruna qarşı hərbi, siyasi, diplomatik, informasiya və digər platformalarda möhtəşəm qələbələr əldə etməklə özünün müstəqillik tarixinin ən şərəfli və şanlı səhifələrini yazır. 30 ilə yaxın müddətdə işğal altında olan tarixi Azərbaycan torpaqlarının azad edilməsi ilə mövcud status-kvo dəyişdirilir, regionda sülh və təhlükəsizliyin bərqərar olmasında ölkəmizin qüdrətini göstərən və milli maraqlarımızı tam təmin edən yeni strateji mənzərə formalaşır.

Ədalətə söykənən və haqq mübarizəsinə əsaslanan Xalq-Dövlət-Ordu birliyi mənfur düşməni qorxuya salıb. Eyni zamanda "Bir millət, iki dövlət” düşüncəsindən güc alan Azərbaycan-Türkiyə həmrəyliyi hər birimizdə böyük qələbəyə əminlik hissi yaradıb. Bütün bunlar Azərbaycan bayrağının tezliklə Şuşada, Xankəndidə və işğalda olan digər tarixi torpaqlarımızda dalğalanacağına inamı artırır.

Hazırda hər bir Azərbaycan vətəndaşı apardığımız haqq savaşında fəal iştirak etməyə və Vətən müharibəsinə öz töhfəsini verməyə çalışır. Sevindirici haldır ki, döyüş meydanında əldə etdiyimiz qələbələr informasiya cəbhəsində qazandığımız uğurlarla müşahidə olunur və möhkəmlənir. Azərbaycan həqiqətlərinin, düşmən tərəfindən törədilən təcavüz aktlarının dünya ictimaiyyətinə çatdırılması işində vətəndaşlarımızın, kütləvi informasiya vasitələrimizin və dövlət qurumlarımızın göstərdiyi əzmkarlıq və həmrəylik qürurvericidir.

Ayrıca qeyd olunmalıdır ki, döyüş meydanında əsl sərkərdə şücaəti göstərən Ali Baş Komandanımız böyük qətiyyəti ilə erməni saxtakarlığına qarşı informasiya mübarizəsində də öncül mövqedə dayanır. Belə ki, dünyanın aparıcı kütləvi informasiya vasitələrinə gündəlik olaraq geniş müsahibələr verən dövlət başçısı dəqiq tarixi faktları, beynəlxalq hüquqi sənədlərin konkret müddəalarını və digər əsaslandırılmış arqumentləri səsləndirməklə informasiya cəbhəsindəki qələbəmizi də təmin edir. Məhz bu müsahibələr düşmən tərəfindən davamlı olaraq dünya mediasına ötürülən "fake news”ların uğursuzluğa düçar olmasına imkan verir.

Şübhə yoxdur ki, Azərbaycan xalqının böyük ruh yüksəkliyi şəraitində davam edən Vətən müharibəsində əldə edəcəyimiz şanlı qələbə müasir tariximizdə yeni səhifələrin açılmasını şərtləndirmiş olacaqdır. Bu baxımdan, sevincini yaşadığımız parlaq qələbələrin memarı möhtərəm Prezidentimizin aşağıdakı fikirləri Azərbaycanın haqlı mövqeyini aydın ifadə edir: "Azərbaycan xalqı üçün bu müharibə azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçılıq müharibəsidir. Ermənistanın işğalçı qüvvələri Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazilərindədir. Buna heç nə ilə haqq qazandırmaq olmaz”.

Şahin BAYRAMOV,

Mingəçevir Dövlət

Universitetinin rektoru

Qəzetin PDF versiyası

Səhiyyə Nazirliyinin baş infeksionisti əhaliyə müraciət edib
Səhiyyə Nazirliyinin baş infeksionisti əhaliyə müraciət edib
AZƏRTAC-ın 101 yaşı tamam olur
AZƏRTAC-ın 101 yaşı tamam olur
Avtomobillərini texniki baxışdan keçirməyən sürücülər cərimə ediləcək - DİN (FOTO/VİDEO)
Avtomobillərini texniki baxışdan keçirməyən sürücülər cərimə ediləcək - DİN (FOTO/VİDEO)
Loading Bars
Xəbər lenti
İlin əvvəlindən Ceyhan terminalından 33 milyon bareldən çox AÇG nefti yola salınıb
Ağdaşda qardaşını öldürən qadının məhkəməsi başlayır
Ötən il KOBİA-nın təşəbbüsü ilə iki normativ-hüquqi akt təsdiq edilib
Səhiyyə Nazirliyinin baş infeksionisti əhaliyə müraciət edib
AZƏRTAC-ın 101 yaşı tamam olur
Xocavənddə Ermənistan ordusunun atıb qaçdığı silah-sursat aşkarlandı
Azərbaycan diplomatiyasının növbəti qələbəsi
Avtomobillərini texniki baxışdan keçirməyən sürücülər cərimə ediləcək - DİN (FOTO/VİDEO)
Floridada "Xocalıya ədalət" tələbi ilə aksiyalar keçirilib (FOTO)
Estoniyada pandemiyaya görə yeni məhdudiyyətlər tətbiq olunub
“Rus ədəbiyyatı tarixi”nin birinci cildi işıq üzü görüb
"YAŞAT" Fondu daha 10 qazini Türkiyəyə müalicəyə göndərdi (FOTO)
Bakıda 20-dən artıq şəxsin pulunu bankomatdan oğurlayan şəxs yaxalandı (FOTO/VİDEO)
III, VI və VII sinif şagirdləri üçün milli qiymətləndirmə keçiriləcək
Şəhid ailələri və müharibə əlilləri üçün mənzil proqramı 5 dəfəyə yaxın genişlənəcək
Bugünə kimi 1000-dən çox şəxsə vaksin vurulub - Baş həkimin müavini
Bank Respublika real sektora kreditləri 5% endirimlə təqdim edəcək
Azərbaycan ABŞ ilə əlaqələrin daha da genişlənəcəyini gözləyir - Sevil Mikayılova
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Mədəniyyət naziri Türkiyədə səfərdədir (FOTO)
Sosial sahə üzrə builki prioritet istiqamətlər açıqlanıb
Vətən Müharibəsində orqanlarını itirən hərbçilərin hamısı bu il protezlərlə təmin olunacaq - Sahil Babayev
Prezident İlham Əliyev mətbuat konfransında təmkinlə ölkəmizin səmimi niyyətini açıqladı - Deputat
QHT-lərə Dövlət Dəstəyi Şurasında yoxlamalar aparılır - RƏSMİ
Azərbaycan daha gözəl gələcək qurmağa sadiqdir - Nazir
İstirahət günləri cinayət törədən 74 nəfər saxlanılıb
Ağdam rayonunun Güllücə kəndi (FOTO/VİDEO)
Bələdiyyə sədri qəbiristanlığa görə cərimələnib
Bu il Bakı, Sumqayıt və Abşerondakı bütün şəhid ailələri və müharibə əlilləri mənzillə təmin ediləcək - Nazir
Kapital Bank-ın dəstəyi ilə daha bir “YAŞA” mərkəzi fəaliyyətə başlayıb
Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı daha da artır - Deputat
5 il ərzində şəhid ailələri və müharibə əlillərinə 11 min mənzil veriləcək - Nazir
Cəlilabadda narkotik alan şəxsin evindən silah-sursat aşkarlandı (FOTO)
Tramp Baydeni ABŞ-ı müharibələrə cəlb etməkdə ittiham edib
Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum olub
Bu gün xarici valyutaların manata qarşı məzənnələri
Hindistanın baş naziri koronavirusa qarşı peyvənd olundu
Mingəçevirdə evdən kişi meyiti aşkarlanıb
Bakı-Sumqayıt yolunda tıxac yaranıb (FOTO/VİDEO)
Filippində koronavirusa qarşı vaksinasiya başlayıb
Braziliyada ötən sutka koronavirusdan 755 nəfər ölüb
Misir mətbuatı Prezident İlham Əliyevin keçirdiyi mətbuat konfransını geniş işıqlandırıb
Amsterdamda etiraz aksiyası keçirilib, bir neçə nəfər saxlanılıb
İsraildə koronavirusa yoluxanların sayı 775 min nəfərə çatır
“Mançester Yunayted” - “Çelsi” oyunu qolsuz başa çatıb
Fransada koronavirusa yoluxanların sayı 3,75 milyon nəfəri ötüb
Tramp yenidən prezidentliyə namizəd olacağını istisna etməyib
Gürcüstana uçan Azərbaycan vətəndaşları artıq karantindən keçməyəcəklər
Şirvanda minik avtomobili yanıb
Türkiyədə son sutkada koronavirusdan 6 511 nəfər sağalıb
Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, bizimlə zarafat eləmək olar - Serj Sarkisyan
İspandilli KİV-lər Prezident İlham Əliyevin mətbuat konfransını geniş işıqlandırdı (FOTO)
ÜST: Dünyada ötən sutka koronavirusa 384 mindən çox yoluxma qeydə alınıb
Tramp ABŞ-da yeni partiya yaratmaq fikrində olmadığını bəyan edəcək
Prezident İlham Əliyevin mətbuat konfransı ispan mediasının diqqət mərkəzində
Moskvada Qarabağ üzrə üçtərəfli görüş keçirilib
Britaniyada koronavirusa daha 6 035 yoluxma qeydə alınıb
"Meyvəli" Ticarət Mərkəzində yanğın söndürülüb
Bərdədə ağır qəzada xəsarət alanlar bir ailənin üzvləridir
Bərdədə 3 avtomobil toqquşdu, iki nəfər ölüb, yaralılar var (FOTO)
İngiltərə Premyer Liqası: "Arsenal "Lester"ə qalib gəldi
Şəmkirdə traktor yanıb
Xocavənd rayonunun Çiraquz kəndi (FOTO/VİDEO)
Azərbaycan Prezidenti İlham Əliyevin mətbuat konfransı xarici ölkələrin mediasında geniş işıqlandırılıb (FOTO)
Alyaskada 5,4 bal gücündə zəlzələ olub
"Azərişıq" smart kart ödənişlərində problem yaranacağı iddiaları barədə açıqlama verib
Füzulidəki yeni aeroportun uçuş-eniş zolağının uzunluğu 3 min metr olacaq (VİDEO)
Neftçalada inzibati binada yanğın olub
Azərbaycan Ombudsman institutu İƏT ölkələrinin ombudsman təsisatları üçün təlim-seminar təşkil edib
Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirilib
Prezidentin keçirdiyi mətbuat konfransı ilə Azərbaycanın mövqeləri daha da möhkəmləndi - Ekspert
Azərbaycanda 270 nəfər COVID-19-a yoluxub, 117 nəfər sağalıb, 2 nəfər vəfat edib
Azərbaycan meydana gələ biləcək hər hansı təhdidlərin qətiyyətlə qarşısını almağa qadirdir - Leyla Abdullayeva
Gürcüstanlı jurnalistlər və ekspertlər Füzuli rayonuna səfər ediblər (FOTO)
Gürcüstanda son sutkada 248 koronavirusa yoluxma halı aşkarlanıb
Sumqayıtda törədilən qanlı hadisələr Azərbaycana qarşı planlaşdırılmış təxribat idi - Leyla Abdullayeva
Ağdam rayonunun Eyvazxanbəyli kəndi (FOTO/VİDEO)
Uruqvayda koronavirus əleyhinə vaksinasiya başlanılıb
Hərbi qulluqçumuz təhlükəsizlik qaydalarının pozulması nəticəsində həlak olub - MN
13 minədək şəxs postmüharibə dövründə sosial dəstək tədbirləri ilə əhatə olunub
Sabahın hava proqnozu açıqlanıb
Qazaxıstanda koronavirusdan son sutka 590 nəfər sağalıb, 791 nəfər yoluxub
Prezidentin mətbuat konfransı Azərbaycan reallıqlarının dünyaya çatdırılması baxımından olduqca əhəmityyətli oldu - Deputat
Meksikalı boksçu Alvares WBC və WBA versiyaları üzrə dünya çempionu titulunu qorudu
Niderlandda “Xocalıya ədalət!” tələbi ilə lövhə quraşdırılıb və aksiya keçirilib (FOTO)
Gəncədə avtoxuliqanlıq edən şəxslər saxlanılıb (FOTO)
BMT-nin Baş Qərargahı qarşısında Xocalı soyqırımı ilə bağlı sərgi təşkil edilib (FOTO)
Bosniyalı redaktor Xocalı və Srebrenitsa soyqırımları arasında paralelliyi təhlil edib
Peru sahillərində 5,5 bal gücündə zəlzələ baş verib
ABŞ-da "Johnson & Johnson" koronavirusa qarşı peyvəndinin istifadəsi təsdiq edilib
Çində kimyəvi zavodda zəhərli qaz sızması səbəbindən beş nəfər ölüb
Bu gün magistraturalara qəbul imtahanı keçiriləcək
Meksikanın nüfuzlu internet televiziyasında Xocalı soyqırımı və erməni təcavüzü haqda danışılıb (FOTO/VİDEO)
Suriyada qaçqın düşərgəsində baş verən yanğında ən az dörd nəfər öldü
Alyaskada 5,3 bal gücündə zəlzələ olub
Füzulidə tikiləcək beynəlxalq hava limanı Qarabağa açılan qapı olacaq (VİDEO)
Laçın rayonunda qədim Alban-udi xristian məbədində ikinci xidmət keçirilib
ÜST: Dünyada ötən sutka koronavirusa 420 mindən çox yoluxma qeydə alınıb
Azərbaycan artıq müharibə etmək istəmir - Rusiyalı hərbi mütəxəssis
Hətta Suriyanın Homs şəhərində bu qədər böyük dağıntılar görmədim - Ukraynalı hərbi müxbir Ağdamda (FOTO)
Bütün xəbərlər