...

Ermənistan tərəfindən dinc əhalinin hədəfə alınması ilə bağlı hesabat hazırlanıb

Cəmiyyət Materials 4 Noyabr 2020 12:04 (UTC +04:00)
Ermənistan tərəfindən dinc əhalinin hədəfə alınması ilə bağlı hesabat hazırlanıb

Bakı. Trend:

Azərbaycan Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupu Qarabağ uğrunda gedən Vətən Müharibəsi zamanı dinc əhalinin hədəfə alınması ilə bağlı hesabat hazırlayıb.

Trend-in məlumatına görə, hesabatda bildirilir ki, erməni tərəfinin hücumları dinc sakinlərin evlərinə əsasən gecə saatlarında baş verir.

Ermənistan tərəfinin Azərbaycanın cəbhə xəttindən uzaqda yerləşən rayonlara qarşı istifadə etdiyi silahlar bunlardır:

R-17 Elbrus, (“Skad”)

1961-1987-ci illərdə SSRİ tərəfindən istehsal olunmuş taktiki ballistik raketdir. R- 17 “ELBRUS” (“SCUD-B” (raketin NATO kod adıdır) kompleksi raketlərinin hədəfdən yayınma dairəsi 450 metr təşkil edir. Nəzərə alsaq ki, sonuncu buraxılışı 1987-ci ildə baş tutan bu raketlər yetərincə köhnədir, indi bu raketlər dəqiq zərbə qabiliyyətini itirib və yayınma dairəsi daha böyükdür. Buna görə də “SKAD”lardan hərbi hədəflərin məhvi üçün istifadə etmək effektiv deyil. Raketin ağırlığı 6900 kq, uçuş məsafəsi isə 300 kilometrdir.

9K58 “Smerç” (BM-30)

Katyuşa nəslindən olan reaktiv yaylım atəşi sistemidir. Bu sistem 1970-ci illərin sonunda SSRİ- də istehsal olunmuş və 1987-ci ildə SSRİ Silahlı Qüvvələrinin arsenalında tətbiq edilir. Smerç qısa məsafəli ballistik raket sistemi olan FROG-7-ni əvəz etmişdir. Raketin maksimum atış məsafəsi 90–124 km, maksimum məsafə isə 850 kilometrdir. 12 atış lüləsindən ibarət olan bu raketin məhvetmə radiusu 672.000 m² və hədəfi vurma dəqiqliyi isə 0.3% metr təşkil edir.

Hər iki raketin yaşayış məntəqələrinə, insanların sıx toplaşdığı yerlərə atılması qadağan olunmuşdur.

Hesabatın tam versiyasına buradan baxa bilərsiz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti