...

Tərtər və Bərdədə 500 ailəyə humanitar yardım göstərilib (FOTO)

Cəmiyyət Materials 9 Noyabr 2020 19:16 (UTC +04:00)
Tərtər və Bərdədə 500 ailəyə humanitar yardım göstərilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) tərəfindən Ermənistanın Azərbaycana qarşı yeni təcavüzü zamanı zərər çəkmiş Tərtər və Bərdə rayonlarında yerləşən 500 ailəyə humanitar yardım göstərilib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, bu rayonlardakı şəhid ailələrinə, eləcə də Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində ailə üzvlərini və yaxınlarını itirən vətəndaşlarımıza XİN rəhbərliyi və kollektivi adından başsağlığı verilib və bu ailələrə humanitar yardım göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti