...

DOST Agentliyi ESSA mükafatçılarının finalçıları siyahısındadır

Cəmiyyət Materials 25 Noyabr 2020 16:20 (UTC +04:00)
DOST Agentliyi ESSA mükafatçılarının finalçıları siyahısındadır

Bakı. Trend:

Avropa Sosial Xidmətlər Mükafatları (ESSA) Avropa Sosial Şəbəkəsinin (European Social Network) təşəbbüsüdür və Avropa üzrə sosial xidmətlərin və idarəçilərin, eləcə də bilavasitə sosial xidmət göstərənlərin fərqli fəaliyyətini qiymətləndirmək məqsədi daşıyır.
DOST Agentliyi sosial xidmətlərin vətəndaşlara sürətli və maneəsiz çatdırılması sahəsində islahatlar və innovasiyalar tətbiq edən qurum kimi Avropa Sosial Şəbəkəsi tərəfindən elan edilən “Avropa Sosial Xidmətlər üzrə Mükafat” (ESSA-2020 - European Social Services Award) müsabiqəsində finalçılar siyahısına daxil edilib.

Agentlikdən Trend-ə bildiirlib ki, müsabiqə çərçivəsində DOST Agentliyinin fəaliyyəti bu istiqamətlərdə qiymətləndiriləcək: 132 sayda DOST xidmətləri ilə əhatə edilən əhali qrupları, tərəfdaşlar, fəaliyyətin icra alqoritmləri, tətbiq edilən innovasiyalar. ESSA müsabiqəsinə təqdim olunan sənədlərin əhəmiyyətli hissəsi DOST mərkəzlərinin vətəndaşların həyat keyfiyyətinə gətirdiyi fərq və fəaliyyətin cari nəticələrinə aiddir.

Qeyd edək ki, DOST Agentliyi fəaliyyətinin beynəlxalq səviyyədə tanınması və təcrübə mübadiləsi məqsədilə müxtəlif qurumlar ilə əməkdaşlıq edir. Bunların sırasında Beynəlxalq Əmək Təşkilatı, Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və başqa təşkilatları qeyd etmək olar.

DOST Agentliyinin beynəlxalq qurumlar ilə fəaliyyəti barədə əlavə məlumatlarla Agentliyin rəsmi internet saytında tanış olmaq mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti