...

Mediamız cəmiyyətin məlumatlandırılmasında müstəsna rol oynayır – Hikmət Hacıyev

Cəmiyyət Materials 8 Dekabr 2020 15:34 (UTC +04:00)
Mediamız cəmiyyətin məlumatlandırılmasında müstəsna rol oynayır – Hikmət Hacıyev

Bakı. Elçin Mehdiyev – Trend:

İstər Qarabağ döyüşlərində, istərsə də koronavirus cəbhəsində Azərbaycan cəmiyyətinin koronavirus haqqında məlumatlandırılmasında medianın müstəsna rolu var.

Trend-in məlumatına görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, koronavirus yayıldığı ilk gündən Azərbaycan mediası aktiv fəaliyyət göstərir, cəmiyyətin məlumatlandırılması və maarifləndirilməsi istiqamətində müstəsna rol oynayır.

O qeyd edib ki, Qarabağ döyüşlərində də Azərbaycan mediası cəmiyyətin məlumatlandırılması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatırılmasında xüsusi rol oynadı: “Biz media rəhbərləri ilə görüşümüzdə onlara öz təşəkkürümüzü bildirdik. Mediaya çağırışımız odur ki, bundan sonra da koronavirusla bağlı mübarizədə aktiv olsunlar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti