...

Gecə paraddan sonra yollarda təmizlik-dezinfeksiya işləri aparılıb (FOTO) (VİDEO)

Cəmiyyət Materials 11 Dekabr 2020 12:34 (UTC +04:00)
Gecə paraddan sonra yollarda təmizlik-dezinfeksiya işləri aparılıb (FOTO) (VİDEO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Ötən gün keçirilən Zəfər paradından sonra Bakı küçərələri dezinfeksiya olunub.

Bu barədə Trend-ə paytaxtın Kommunal xidmətlərindən bildiriblər. Qeyd olunub ki, paytaxtda sanitar-təmizliyin yüksək səviyyədə təminatı ilə bağlı işlər gündəlik davam etdirilir:

"Dünən Vətən müharibəsində qazanılmış tarixi Qələbə münasibətilə Bakı şəhərinin Azadlıq meydanında əzəmətli Zəfər paradı, axşam saatlarında isə Dənizkənarı Milli Parkda Bakı Şəhər İcra Hakimiyyətinın təşkilatçılığı ilə atəşfəşanlıq keçirilib.

Çoxsaylı insanların iştirakı ilə başa çatan tədbirlərdən dərhal sonra paytaxtın kommunal xidmətlərinin əməkdaşları ərazidə sanitar-təmizlik işləri aparıb, gecə saatlarında isə kommunal departamentin xüsusi təyinatlı nəqliyyat vasitələri tərəfindən mərkəz ərazilərdə bütün küçələr xüsusi kimyəvi vasitələrlə dezinfeksiya edilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti