...

Qarabağ - Azərbaycandır, mənim də əbədi ünvanım Füzulidir! Əlvida...Şəhidlərinin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..." (FOTO/VİDEO)

Cəmiyyət Materials 19 Dekabr 2020 23:30 (UTC +04:00)
Qarabağ - Azərbaycandır, mənim də əbədi ünvanım Füzulidir! Əlvida...Şəhidlərinin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..." (FOTO/VİDEO)

Bakı. Trend:

Azərbaycan yazıçı Nərminə Məmmədzadə Trend Life-a ikinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..." adlı silsilə materiallar təqdim edir.

Bu material Ələkbər Ələsgərova həsr edilmişdir...

Çanakkale içinde aynalı çarşı,

Ana ben gidiyom düşmana karşı,

Off, gençliğim eyvah!

Çanakkale içinde bir uzun selvi

Kimimiz nişanlı, kimimiz evli,

Off, gençliğim eyvah!

Çanakkale elinde toplar kuruldu,

Vay bizim uşaklar orda vuruldu,

Off, gençliğim eyvah!

Çanakkale içinde vurdular beni

Ölmeden mezara koydular beni,

Off, gençliğim eyvah!

- Salam, Ələkbər.

- Salam.

- Deyəsən ən sevdiyin kinolardan biri elə Çanakkale döyüşü olub?

- Özü də necə sevdiyim! Dəfələrlə izləmişəm. Biri də var, Savaş serialı. Baxmamısız?

- Yox. Məsləhət görürsən?

- Təbii, mutləq baxın.

- Sən niyə hamıdan gizlin könüllü yazıldın?

- Kim deyib sizə? Anam? (Gülümsəyir). Necə deyə bilərdim ki... Mən Polad Həşimov vurulandan sonra özümə yer tapa bilmirdim... Mən hiss edirdim ki, getməliyəm. Hətta şəhid olduğumu hiss edirdim.

- Necə?

- Nə bilim, başa salmaq olmur. Anama deyirdim ki, mən şəhid olsam bir mahnı var, onu səsləndirsin.

- Hansı mahnıdır?

- Anaaa, mən şəhiiid olduuum. Bilirsiz?

- Bəli, eşitmişəm... Ələkbər türk kinolarından başqa nələr xoşlayırdın?

- Gitara çalırdım (gülür), kinolardakı kimi. Yazılarım var, oxuyurdum.

- Nə gözəl! Sənin nə gədər istedadın var axı!

- Çox sağ olun, utandırdınız...

- Ələkbər, balaca olanda da elə idin?

- Hə, ağacdan avtomat düzəldib vətəni goruyurdum usağ olanda (gülür). İnanırsız, formanı çıxartmaq istəmirdim heç. Anam zorla çixardıb yuyurdu (gülür).

- Ələkbər, axırıncı dəfə evə nə vaxt zənq etmisən?

- Oktyabrın birində mən həmişəlik Fizulidə galdım... Ondan əvvəl tez-tez evə zənq vurardım. Anam atəş səsini eşidəndə mənim müharibədə olduğumu soruşurdu. Mən də ona deyirdim ki, təlimdəyəm.

- Axı niyə?

- Nə bilim, kövrəlməsin. Amma alınmadı... Anamı da kövrəltdım, hətta nişanlımıda...

- Nişanlı idin?

- Hə, müharibəyə getməmiş elə 10 gün gabaq oldu nişanımız. Toy isə qismət olmadı.

- Ələkbər bir birinizi çoxdan tanıyırdınız?

- İki il idi, biz Araz marketdə çalışırdıq. Həyat bizi həmişə görüşdürürdü. Amma mən çox istəyirəm ki, o xoşbəxt olsun! Olmalıdır mutləq.

- Ələkbər, deyəcək sözlərin varmı?

- Bilirsiz, zəfərin böyüklüyü döyüşün çətinliyi ilə ölçülür. Bu Vətənə mənim canım gurban! Qarabağ - Azərbaycandır, mənim də əbədi ünvanım Füzulidir!Əlvida...

Məqalədə:
Xəbər lenti

Xəbər lenti