...

Bu tarixlərdə ictimai nəqliyyat işləməyəcək - Qərar açıqlandı

Cəmiyyət Materials 26 Dekabr 2020 11:39 (UTC +04:00)
Bu tarixlərdə ictimai nəqliyyat işləməyəcək - Qərar açıqlandı

Bakı. Trend:

Nazirlər Kabineti ictimai nəqliyyatla bağlı yeni qərar qəbul edib.

Qurumdan Trend-ə verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə yaranmış sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq qəbul etdiyi qərara əsasən aşağıdakı tarixlər bütün ölkə üzrə ictimai nəqliyyatın hərəkəti dayandırılır:

- 2 yanvar saat 00:00-dan 4 yanvar saat 06:00-dək;

- 9 yanvar saat 00:00-dan 11 yanvar saat 06:00-dək;

- 16 yanvar saat 00:00-dan 18 yanvar saat 06:00-dək;

- 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək;

- 30 yanvar saat 00:00-dan 31 yanvar saat 06:00-dək

Bu Qərar 2020-ci il 28 dekabr tarixindən qüvvəyə minir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti