Biznes qurmaq istəyən gənclər üçün yeni layihəyə start verilir (FOTO)

Biznes qurmaq istəyən gənclər üçün yeni layihəyə start verilir (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, “Coca-Cola” Fondu və Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi ilə həyata keçirilən "New Generation 2.0" layihəsi 2021-ci il üçün olan mövsümünə başlayır. “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin (DVC) nəzdində fəaliyyət göstərən “Youth Inc.” Sahibkarlıq Proqramı tərəfindən icra edilən "New Generation 2.0" layihəsi 28 yanvar 2021-ci ildə ictimaiyyətə təqdim edilib.

"New Generation 2.0" (“Yeni Nəsil 2.0”) Azərbaycanda gənclərin və qadınların sahibkarlıq fəaliyyətində iştirak etməsinə imkan yaradan və biznesə dəstək verən bir illik layihədir. Bakı, Abşeron-Qobustan, Gəncə-Qazax, Şəki-Zaqatala, Sabirabad və Lənkəran regionlarını əhatə edəcək layihənin istiqamətləri özündə sahibkarlıq düşüncəsi, təhsili və mədəniyyəti, innovativ ekosistemin yaradılması, “HoReCa”, kənd təsərrüfatı və rəqəmsallaşmanı əks etdirir.

Pandemiya səbəbindən onlayn həyata keçirilən layihənin təqdimat mərasimində Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, “Coca-Cola” şirkətinin Qafqaz regionu üzrə direktoru Adrian Cernautan, Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin rəsmi missiya rəhbəri Cey Sinx, Milli Məclisin deputatları Şahin Seyidzadə, Nigar Arpadarai, Kamal Cəfərov, Avropa Gənc Sahibkarlar Assosiasiyasının (JEUNE) fəxri prezidenti Patrik Kovacs iştirak edib.

Tədbirin açılışını edən “Youth Inc.” Sahibkarlıq Proqramının koordinatoru Talifa İsgəndərli Proqramın ötən illərdəki uğuru, bu layihənin fəaliyyət istiqamətləri, görüləcək işlər, hədəflər haqqında təqdimat edib.

Tədbir açılış nitqi və layihənin təqdimatından sonra rəsmi qonaqlara söz verilərək davam edib.

Gənclər və İdman nazirinin müavini İntiqam Babayev çıxışı zamanı gənclərin inkişafının, sahibkarlığa həvəsləndirilməsinin vacibliyini və startapların bu günün reallığına çevrildiyini vurğulayıb:

“Proqramın tərəfdaşlarını təbrik edirəm ki, artıq 10 ildir proqram uğurla həyata keçirilir. Bu təməldə düzgün hədəflərin qoyulmasından, düzgün istiqamətin müəyyənləşdirilməsindən xəbər verir. “Youth Inc.” Sahibkarlıq Proqramı artıq cəmiyyətdə brendə çevrilib. “New Generation 2.0” layihəsinin fəaliyyəti və məqsədi ölkənin gənclər siyasətinə uyğun müəyyənləşib. Gənclərin daha çox startaplara, biznes inkubasiyaya cəlb edilməsi, onların yeni innovativ ideyalar ərsəyə gətirməsi, əlbəttə ki, əsas prioritetlərimizdəndir. Gənclər və İdman nazirliyi olaraq bu işdə daim gənclərin yanındayıq, çalışırıq ki, gənclərin ideyaları həyata keçsin. Bu layihə də gənclərin sosial rifahını yüksəltməyə xidmət edir. Gənclər və İdman Nazirliyi olaraq səlahiyyətimiz çərçivəsində layihəyə lazımi dəstəyi göstərməyə hazırıq. Hər bir iştirakçıya uğurlar diləyirəm”.

Növbəti olaraq çıxış edən Coca-Cola-nın Qafqaz regionu üzrə direktoru Adrian Cernautan qadınlar və gənclərə dəstək layihələrinin Coca-Cola şirkəti üçün prioritet olduğunu qeyd elədi: “Qadınlar və gənclərə dəstək olmaq Coca-Cola-nın sosial inkişaf prioritetlərindən biridir. Gənclərin sahibkarlıq sahəsində fəallığı cəmiyyətin və iqtisadiyyatın inkişafı üçün çox önəmli olduğunu hesab edirik. Məhz buna görə Coca-Cola uzun illərdir ki, Azərbaycanda bu istiqamətdə maraqlı layihələrə dəstək olur. “Youth Inc.” Sahibkarlıq Proqramının yeni layihəsi olan “New Generation 2.0” təşəbbüsünü alqışlayırıq və əminik ki, tərəfdaşlarımızın da dəstəyi ilə bu layihə bir çox gənclərin həyatında müsbət rol oynayacaq, maraqlı bizneslərin qurulmasına səbəb olacaq”.

Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin rəsmi missiya rəhbəri Cey Sinx əlavə edib ki, Amerika xalqının dəstəyi ilə Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi "New Generation 2.0" layihəsinin sponsoru qismində çıxış etməkdən qürur duyur. Eyni zamanda, bu layihə vasitəsilə gənclər və qadınları yeni bilik və bacarıqlarla təmin edərək regional iqtisadi inkişafda fəal rol oynamalarına dəstək vermək istəyirik.

Tədbirdə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinın İdarə Heyətinin sədri Orxan Məmmədov, Milli Məclisin deputatları Şahin Seyidzadə, Nigar Arpadarai və Kamal Cəfərov layihənin uğurlu və gənc sahibkarlar üçün faydalı olacağına inandıqlarını bildiriblər.

Qeyd edək ki, “Coca-Cola” Fondunun və Azərbaycan Respublikaasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən “New Generation 1.0” layihəsində 2018-2019-cu illərdə 2000-dən artıq sahibkarlıq fəaliyyətinə başlamaq istəyən gənc qoşulub. Ümumilikdə, 2012-ci ildən bu günədək Gənclər və İdman Nazirliyi və “Coca-Cola” Fondu tərəfindən dəstəklənən “Youth Inc.” Sahibkarlıq Proqramı 18.000-dən çox gənci əhatə edib.

Açılış mərasiminin tam video yazısını “Youth Inc” Sahibkarlıq Proqramının Facebook səhifəsində izləyə bilərsiniz. Və layihənin növbəti addımları ilə bağlı ətraflı məlumatı əldə etmək üçün “Youth Inc” Sahibkarlıq Proqramını sosial media vasitəsi ilə izləməyi unutmayın.

Ağcabədi sakinindən 10 kiloqram narkotik götürüldü
Ağcabədi sakinindən 10 kiloqram narkotik götürüldü
Cəbrayılda daha bir nəfər minaya düşdü
Cəbrayılda daha bir nəfər minaya düşdü
Dələduzluğa görə axtarışda olan qadın 6 il sonra saxlanıldı
Dələduzluğa görə axtarışda olan qadın 6 il sonra saxlanıldı
Loading Bars
Xəbər lenti
İordaniya-Azərbaycan dostluq rəmzini bildirən dairədə Xocalı soyqırımı anılıb (FOTO)
“Dostluq” yatağına dair İşçi Qrup yaradıldı - SƏRƏNCAM
Boston şəhər meri 26 fevral tarixini Xocalı soyqırımının anım günü elan edib
"Xocalı: Soyqırımın xroniikası" kitabı Ukrayna dilində təqdim edilib (FOTO)
Həmvətənlərimiz Finlandiya parlamentinə müraciət edib
ATƏT Azərbaycanın azad edilmiş ərazilərində vasitəçilik missiyalarını təşkil etməyə hazırdır
Polis zabitləri Paşinyanın istefası tələbinə qoşuldu
Xocalı soyqırımı qurbanlarının ruhu dünyanı haqqın səsinə səs verməyə çağırır - Vüqar Rəhimzadə
Yelo bankdan hamıya 14.9% ilə nağd kredit
MDU-da “Tədris prosesində innovasiya və sahibkarlıq yanaşmaları” mövzusunda təlim keçirilib (FOTO)
Şaxtadan qorunmaq üçün qurulan çadırlara 200-ə yaxın vətəndaş üz tutub - Trend TV
Prezident İlham Əliyev "Signify" şirkətinin baş icraçı direktorunu və şirkətin rəhbərliyinin digər nümayəndələrini videoformatda qəbul edib (FOTO)
Paşinyanın bəyanatı Rusiyanın hərb sənayesinə zərbə vurmaq niyyətini güdür - Siyasi şərhçi
Həftə sonu bu ərazilərdə yenidən yarmarkalar keçiriləcək
Bakı və Sumqayıtda temperatur yüksəlib - FAKTİKİ HAVA
Azərbaycanın avtomobil yollarındakı SON VƏZİYYƏT
Azərbaycanda 126 nəfər COVID-19-a yoluxub, 142 nəfər sağalıb, 3 nəfər vəfat edib
Prezident İlham Əliyev: Ermənistan heç vaxt bu cür acınacaqlı vəziyyətdə olmayıb
UNEC-də Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan beynəlxalq tədbir keçirilib (FOTO)
Azərbaycana gələn türkiyəli mütəxəssislər 520 nəfərə yardım edib
Böyükşor və Zığ gölləri ilə bağlı fərman və sərəncamda dəyişiklik edildi
Ağcabədi sakinindən 10 kiloqram narkotik götürüldü
Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum olub
Prezident İlham Əliyev: Hər zaman şəhid ailələrinin üzvləri və müharibə əlillərinin yanında olacağam
Prezident İlham Əliyev: Bizdə olan məlumata görə, təqribən 6-7 min işğalçı məhv edilibdir
Azərbaycan Prezidenti: Müharibənin son gününə qədər Ermənistana gündə bir neçə təyyarə pulsuz silah gətirilirdi
Sabah bu marşrutların hərəkət xətti dəyişdiriləcək
Prezident İlham Əliyev: Göstərdik ki, müzəffər xalq Azərbaycan xalqıdır
Azərbaycan Prezidenti: Xocalı qurbanlarının da qanı İkinci Qarabağ müharibəsində alındı
Azərbaycan Prezidenti: Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək
Prezident İlham Əliyev: Həmin o “İskəndər” raketlərini Ermənistan pulla alıb? Pulsuz alıb
Prezident İlham Əliyev: Biz bütün bu illər ərzində müharibəyə hazırlaşırdıq, bunu heç gizlətmirdik
Azərbaycan Prezidenti: AXC-Müsavat cütlüyünün dövründə Şuşanın, Laçının, Kəlbəcərin düşmənə verilməsi böyük xəyanət idi
Prezident İlham Əliyev: Azərbaycan Ordusunda bir nəfər də fərari olmamışdır
Pakistan şirkətlərinin işğaldan azad olunan ərazilərin bərpasına cəlbi müzakirə edilib (FOTO)
Azərbaycan Prezidenti: Ermənistanda müharibədə həlak olanların yaxınlarına nəinki ev, bir daxma da verilmir
Prezident İlham Əliyev: Şəhid olmuş övladlarımızın ailələrinə bu ilin sonuna qədər mənzillər veriləcək
Daha bir Vətən müharibəsi iştirakçısına vəzifə verildi (FOTO)
Ermənistanın güc strukturları çevriliş cəhdi ilə bağlı bəyanat yaydı
“Dostluq” yatağına dair Anlaşma Memorandumu təsdiqləndi
Silk Way West Airlines tibbi təyinatlı yüklərin qlobal daşınmasında aparıcı rol oynamağa hazırdır
Cəbrayılda daha bir nəfər minaya düşdü
Yerevan səmasında qırıcılar göründü (VİDEO)
Dağlıq ərazilərdə qarölçmə işlərinə başlanılacaq
Özünü vəzifəli şəxs kimi təqdim edərək vətəndaşları aldadan şəxs ifşa edildi
Xocalı faciəsi bəşəriyyətə qarşı cinayətdir - Kamaləddin Qafarov
“Xocalıya ədalət” kampaniyası çərçivəsində “Xocalı Nişanəsi” filmi təqdim edilib (VİDEO)
AzTV-də "Qətl planı" - Tarixi qətllər araşdırılacaq (FOTO/VİDEO)
İranda 94 nəfər koronavirusdan ölüb
Ermənistan növbəti çevriliş astanasında - Əhali küçələrə axışır (VİDEO)
Türkiyəli həkimlər 150-dən çox qazimizi müayinə edib (FOTO)
Mediada zəruri islahatlar: Yenilikçi, yaradıcı, qərəzsiz medianın formalaşması üçün nələr edilməlidir? – ŞƏRH
Bank Respublika 2019 – 2020-ci illərdə keçirdiyi layihələr üzrə “Ən fəal bank” mükafatını qazanıb
Pakistanın Sərhəd İşləri Təşkilatının Baş direktoru Bakıya gəlib (FOTO)
Möhtəşəm Triumf Palace layihəsində sərfəli şərtlərlə mənzillər əldə edə bilərsiniz (FOTO)
Prezident İlham Əliyev Ramanada şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində iştirak edib (FOTO) (YENİLƏNİB)
Sabah hava yağmursuz olacaq
Prezident İlham Əliyev Şağan Reabilitasiya Pansionatının açılışında iştirak edib (FOTO/VİDEO)
Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Ukraynada dəyirmi masa keçirilib (FOTO)
“AccessBank”da yeni İcraçı Direktorlar təyin edilib (FOTO)
Xocalı soyqırımı qurbanlarının qisası alındı - Deputat
Küveyt mediasında Xocalı soyqırımı barədə məqalələr dərc olunub
Ölkədə peyvənd olunanlar daha çox bu yaşda olanlardır - STATİSTİKA
Azəbaycanlılar Polşa seymini Xocalı soyqırımını tanımağa çağırıblar
Azərbaycanda 207 mindən çox insan koronavirusa qarşı peyvənd olunub - RƏSMİ
ÜST bölgələrdə işləyən tibb işçiləri üçün təlimlər keçirir
“Bakcell”dən onlayn iş və təhsil üçün internet paketi
Nazirlikdən İTV-də polisin fəaliyyətinin tənqid edilməsi ilə bağlı AÇIQLAMA
Qarda yıxılaraq xəsarət alanların sayı artıb (ƏLAVƏ OLUNUB)
Xəzər dənizinin Azərbaycan sektorunda ən sərt qış mövsümü 97 il əvvəl olub - Coğrafiya İnstitutu
"Xocalı soyqırımını unutma!" mövzusunda videokonfrans təşkil edilib (FOTO)
Fevralın 26-da “Ana harayı” abidəsini ziyarət əvvəlki illərdən fərqli təşkil ediləcək - DİN
Çörəyin qiymətinin artması iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA
Prokurorluq Bərdə Peşə Liseyinin direktorunun həbsi ilə bağlı məlumat yayıb
Dələduzluğa görə axtarışda olan qadın 6 il sonra saxlanıldı
Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilən virtual elmi konfrans keçirilib (FOTO)
Şamaxıda qanunsuz ov edən şəxslər saxlanılıb
Paşinyan Baş qərargah rəisini vəziəsindən azad etdi (ƏLAVƏ OLUNUB)
Ağdamda qardaş qardaşı bıçaqlayıb (FOTO)
Ermənistanda hərbi çevrilişə cəhd - Paşinyan tərəfdarlarını meydanlara çağırdı
Azərbaycan XİN-dən Lüksemburq xarici işlər nazirinə cavab
Son 3 gündə 8 kimsəsiz şəxs sığınacağa yerləşdirilib (FOTO)
Bank VTB-nin (Azərbaycan) Visa Platinum kart istifadəçiləri üçün xüsusi yaz təklifi
Sabahdan havanın temperaturu yüksələcək
BANM Stokholm Universiteti ilə kibertəhlükəsizlik sahəsi üzrə mütəxəsis hazırlığına başlayır
Gəncədə qarın təmizlənməsinə başlanıb (FOTO)
1915-ci il hadisələri və Xocalı soyqırımını anlamaq - Gerçək tarixin müzakirəsi
Moskvada Azərbaycan restoranına hücum edən ermənilərə hökm oxunub
Azad olunmuş ərazilərə keçməyə cəhd göstərən daha 3 nəfər saxlanıldı (FOTO)
GUAM Katibliyi Xocalı soyqırımının qurbanlarının xatirəsini anıb
Xaçmazın kəndlərində internet avadanlıqlarının modernləşdirilməsi davam edir - Nazirlik
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi səmərəli fəaliyyəti ilə Azərbaycanın haqq işinə dəstəkdir - Naqif Həmzəyev
London və Edinburqda "Xocalıya ədalət!" lövhələri quraşdırılıb (FOTO)
Türkiyə bundan sonra da azərbaycanlı qardaşlarının yanında olacaq - Mustafa Şentop
Xocalı soyqırımı XX əsrin ən ağır cinayətidir - Türkiyə parlamentinin sədri
Kiyevdə Xocalı soyqırımı barədə sənədli film təqdim edilib (FOTO)
Ombudsman Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin üzvləri ilə görüş keçirib (FOTO)
Bakıda keçmiş məhkum avtomatla yaxalandı (FOTO/VİDEO)
Yerevanda etirazçılar yolları bağladı (VİDEO)
Qubadlı rayonunun Yusifbəyli kəndi (FOTO/VİDEO)
Bütün xəbərlər