Bakı. Ceyhun Ələkbərov - Trend:
Füzulidə inşa olunan aeroportun uçuş-enmə zolağında tikintinin bu il yekunlaşacağı gözlənilir.
Trend-in Füzulidə olan əməkdaşının verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında tikintini həyata keçirən AZVİRT şirkətinin baş mühəndisi Cəfərağa Şiriyev deyib.
O bildirib ki, qarşıda duran başlıca vəzifələrdən biri uçuş-enmə zolağının inşasıdır: "Builki proqramda qarşıya qoyulan məqsədlərdən də biri budur. Bu il onun təhvil veriləcəyi gözlənilir”