...

Vətən müharibəsində yaralanmış daha üç qazi yüksək texnologiyalı protezlərlə təmin edilib (FOTO)

Cəmiyyət Materials 3 Fevral 2021 11:13 (UTC +04:00)
Vətən müharibəsində yaralanmış daha üç qazi yüksək texnologiyalı protezlərlə təmin edilib (FOTO)

Bakı. İlhamə İsabalayeva -Trend:

Vətən müharibəsində yaralanmış daha üç qazimiz yüksək texnologiyalı protezlərlə təmin edilib.

Trend-in məlumatına görə, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Cavid Əbdül-Qədirov deyib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial dəstək tədbirləri çərçivəsində Vətən Müharibəsi qazilərinin yüksək texnologiyalı protezlərlə təminatı davam edir.

Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində müharibədə yaralanmış daha üç qazimiz - Ziya Ağami oğlu Kazımov, Rəşad Amin oğlu Əliyev və Kənan Nadir oğlu Musayev yüksək texnologiyalı protezlərlə təmin ediliblər.

Agentliyin sədri Cavid Əbdül-Qədirov Prezident İlham Əliyevin müharibə iştirakçılarına xüsusi qayğısından bəhs edib, bu qayğının daha bir təzahürü kimi, dövlət başçısının müvafiq Sərəncamı ilə Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində yüksək texnologiyalı protezlərin hazırlanması sexinin qurulduğunu deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti