...

Qazi ailəsi üçün özünüməşğulluq proqramı əsasında təsərrüfat yaradılır

Cəmiyyət Materials 9 Fevral 2021 12:31 (UTC +04:00)
Qazi ailəsi üçün özünüməşğulluq proqramı əsasında təsərrüfat yaradılır

Bakı. İlhamə İsabalayeva - Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Vətən müharibəsində şərəfli döyüş yolu keçmiş Allahverdiyev Azad Səxavət oğlunun ailəsini (Füzuli rayonu) ziyarət edib, sosial vəziyyətini öyrəniblər.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Azad özü hazırda müddətdən artıq hərbi xidmətçi kimi çalışır.

Anası da daimi əmək müqaviləsi əsasında işləyir, qardaşı isə məktəblidir. Qazimizin həyat yoldaşı və iki azyaşlı övladı var.

İstəkləri nəzərə alınmaqla ailə üçün özünüməşğulluq proqramı çərçivəsində ailə təsərrüfatı yaradılması qərara alınıb. Bunun üçün yaxın vaxtlarda onlara aktivlər veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti