...

Bakıda 35 667 şagird sınaq qiymətləndirmədə iştirak edib

Cəmiyyət Materials 10 Fevral 2021 11:37 (UTC +04:00)
Bakıda 35 667 şagird sınaq qiymətləndirmədə iştirak edib

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən IX siniflər üzrə sınaq qiymətləndirmə keçirilib.

İdarədən Trend-ə verilən məlumata görə, mövcud epidemioloji vəziyyətlə əlaqədar onlayn şəkildə təşkil olunan qiymətləndirmədə 35 667 şagird iştirak edib.

Sınaq qiymətləndirmə riyaziyyat, ingilis dili və təlim dili üzrə keçirilib.

Ümumilikdə 85 sualın (təlim dili 30, riyaziyyat 25, ingilis dili 30 sual) cavablandırılması üçün şagirdlərə 3 saat (14:00-17:00) vaxt verilib.

Qiymətləndirmə bitdikdən sonra şagirdlərin topladığı bal ümumi təhsil müəssisələrinə göndərilib.

Qeyd edək ki, sınaq qiymətləndirmənin keçirilməsinin əsas məqsədi şagirdlərin buraxılış imtahanlarına hazırlıq səviyyəsinin müəyyənləşdirilməsindən ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti