...

“Yaşlı şəxslərin yeni texnologiyalardan istifadəsinə dəstək” komponentinin icrasına başlanılıb (FOTO)

Cəmiyyət Materials 17 Fevral 2021 13:04 (UTC +04:00)
“Yaşlı şəxslərin yeni texnologiyalardan istifadəsinə dəstək” komponentinin icrasına başlanılıb (FOTO)

Bakı. Trend6

BMT-nin Əhali Fondu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” birgə layihəsi çərçivəsində “Yaşlı şəxslərin yeni texnologiyalardan istifadəsinə dəstək” komponentinin DOST Agentliyi tərəfindən icrasına başlanılıb.

“Könüllü DOST”lar sırasından seçilmiş təlim koordinatorları tərəfindən pensiyaçılara evlərdə və “DOST” mərkəzlərində təlimlər keçirilib.

Təlimlərin ilk günündə 76 nəfər yaşlı şəxsə “İnformasiya Texnologiyalarının əsasları”, “İnternet və sosial şəbəkələrdən istifadə” və “Elektron ödənişlərdən istifadə” mövzularında məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti