Bakı. Ceyhun Ələkbərov - Trend:
Bakının Yasamal rayonu ərazisində bir neçə ağac köçürülür.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Trend-ə bildirib ki, ağacların ərazidən köçürülməsinə səbəb yerin atlından keçən kabeldir:
“Ağaclar olduğu ərazidə yerin altından kabeldə nasazlıq baş verib. Problemi aradan qaldırmaq üçün həmin yerdə olan ağaclar çıxarılaraq digər əraziyə köçürülür”.
X X X
12.07
Bakının Yasamal rayonu ərazisində bir neçə ağac köçürülür.
Trend-in məlumatına görə, sözügedən ərazi Yasamal rayonu, Bəxtiyar Vahabzadə küçəsində Mərkəzi Elmi Kitabxananın yaxınlığıdır.
Hazırda səkidə olan ağacların Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən köçürülməsi prosesi gedir.