...

2012 və 2014-cü illərdə də martda qar yağıb - Nazirlik

Cəmiyyət Materials 10 Mart 2021 17:18 (UTC +04:00)
2012 və 2014-cü illərdə də martda qar yağıb - Nazirlik

Bakı. İlhamə İsabalayeva - Trend:

2012 və 2014-cü illərdə də mart ayında ölkə ərazisində güclü şimal-qərb güləyi əsib, qar yağıb.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

G.Məmmədova qeyd edib ki, aparılmış çoxillik müşahidələrə əsasən, 2014-cü ildə də Skandinaviyadan hərəkət edən siklonların ölkə ərazisinə daxil olması nəticəsində martın 29-dan 30-a keçən gecə güclü şimal-qərb küləyi əsmişdi, havanın temperaturu 13-18 dərəcə enmişdi. 2012-ci ildə də martın ayrı-ayrı günlərində hava şəraiti qeyri-sabit olub, qarın yağması müşahidə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti