...

Azərbaycana daha 4 milyon doza vaksinin gətirilməsi nəzərdə tutulur

Cəmiyyət Materials 16 Mart 2021 12:33 (UTC +04:00)
Azərbaycana daha 4 milyon doza vaksinin gətirilməsi nəzərdə tutulur

Bakı. Elçin Mehdiyev – Trend:

Koronavirus əleyhinə daha 4 milyon doza vaksinin Azərbaycana gətirilməsi nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən iclasında deyib.

Ə.Əmiraslanov bildirib ki, Azərbaycanda koronavirusa qarşı sistemli tədbirlər həyata keçirilir.

O qeyd edib ki, qısa müddət ərzində Azərbaycanda modul tipli xəstəxanalar fəaliyyətə başladı, mövcud xəstəxanalar koronavirusla mübarizəyə cəlb olundu: "Xarici mütəxəssislər də daxil olmaqla ümumilikdə ölkəmizdə koronavirusla mübarizəyə 44 mindən artıq səhiyyə işçisi cəlb olunub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti