...

ÜST yeni ştammla əlaqədar profilaktik tədbirlərin gücləndirilməsini tövsiyə edir - TƏBİB

Cəmiyyət Materials 19 Mart 2021 16:13 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVİD-19-un Britaniya ştammı ilə əlaqədar sadəcə profilaktik tədbirlərin gücləndirilməsini tövsiyə edir.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, hamımızın bildiyi qoruyucu tədbirlərə daha diqqətlə yanaşılmalıdır.

Y.Qarayeva bildirib ki, hazırda istifadə edilən vaksinlər virusun ştammlarına təsir edir: “Bu da onu deməyə əsas verir ki, vaksinləşdirməni sürətləndirək. Virusun mutasiyaya uğraması normaldır, təbii prosesdir. Britaniya ştammı əvvəlki ştammlardan fərqli olaraq yüksək yoluxducuruluq qabiliyyətinə malikdir. Bütün dünyada bu ştammın yayılması çox sürətlə baş verir. Bu ştammın aşkarlandığı ölkələrdə qabaqlayıcı tədbirlər həyata keçirilir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti