...

Teledərslərin bu günə olan cədvəli açıqlanıb

Cəmiyyət Materials 30 Mart 2021 07:57 (UTC +04:00)

Bakı. Trend:

“Mədəniyyət” və “ARB Günəş” telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının bu günə nəzərdə tutulan cədvəli açıqlanıb.

Trend-in məlumatına görə, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, mövzuları “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Çünki teledərslər şagirdlərə ən yaxşılardan öyrənmək üçün yaradılan əlavə və unikal imkandır.

Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi “YouTube” kanalı ilə yanaşı, “Dərs vaxtı”nın “Facebook” səhifəsindən, eyni zamanda, videodərslər portalından (https://video.edu.az/) izləyə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti