...

Dayanma-durma qaydalarını pozanlar məsuliyyətə cəlb olunub (FOTO)

Cəmiyyət Materials 23 May 2021 00:57 (UTC +04:00)
Dayanma-durma qaydalarını pozanlar məsuliyyətə cəlb olunub (FOTO)

Bakı.Trend:

Daşkəsən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları rayonun küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə,rayonun müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə yol polisi əməkdaşları maarifləndirici söhbətlər aparıb.

Dayanma-durma qaydalarını kobud şəkildə pozan avtomobillərin sahibləri barəsində inzibati protokollar tərtib olunub

Məqalədə:
Xəbər lenti

Xəbər lenti