...

28 May - Respublika Günü ictimai nəqliyyat işləyəcək - Nazirlər Kabineti

Cəmiyyət Materials 26 May 2021 15:23 (UTC +04:00)
28 May - Respublika Günü ictimai nəqliyyat işləyəcək - Nazirlər Kabineti

Bakı. Trend:

28 May - Respublika Günü ölkə ərazisində ictimai nəqliyyat işləyəcək.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarına əsasən, mayın 28-də Azərbaycan Respublikasının ərazisində ictimai nəqliyyatın hərəkətinin dayandırılması nəzərdə tutulmayıb.

Qərara əsasən, ictimai nəqliyyatın hərəkəti 29 may saat 00:00-dan 31 may saat 06:00-dək dayandırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti