...

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 16 İyun 2021 17:35 (UTC +04:00)
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 22 976 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 531, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 445 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 839 322, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 859 485, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 979 837 təşkil edir.

Xəbər lenti

Xəbər lenti